16 
Apr
2019
17:35
18
71
1468
Virtual karabakh

Dördüncü “Barama İnkubasiya Proqramı” üzrə qalib layihələr bəlli olub

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz ideyalarını biznesə çevirmək və uğurlu karyera qurmaq  istəyən gənclər üçün elan etdiyi 4-cü İnkubasiya Proqramının seçimləri başa çatıb.

Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 13 startapdan yüksək bal toplayan 6-sı proqramda iştirak etmək haqqı qazanıb. Seçimlərdən uğurla keçən komandaların rəhbərləri Fuad Gülməmmədov, Tuncay Hüseynov, İsa Zeynal, Məhəmməd Kekalov,Tural Zəkəryazadə və əcnəbi rezident olan Javier Chau Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə ediblər.

Məlumat üçün bildirək ki, İnkubasiya Proqramına seçim prosesi 2 mərhələdən ibarət olub. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr mərkəz tərəfindən dəyərləndirilib və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunub. İkinci mərhələdə komandalar öz layihələrini biznes plan və təqdimat formasında nümayiş etdiriblər.

Onu da qeyd edək ki, 6 aylıq inkubasiya proqramının sonunda ən uğurlu startapın təklif etdiyi məhsul və ya xidmət korporativ müştəri olaraq Azercel-ə təqdim olunacaq.

İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə Texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə Texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri sahələrinə üstünlük verilib.

Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək, rezident startapları 6 ay ərzində ödənişsiz ofis məkanı, konsultasiya xidmətləri, təlim proqramları ilə təmin edir, onlara peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı yaradır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. 

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim edib.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri