19 
Apr
2019
11:43
21
69
2651
Virtual karabakh

“Facebook”dan SOS: “Instagram”da milyonlarla açıq şifrə var

19 Apr, 2019
11:43
2651

“Facebook”dan SOS: “Instagram”da milyonlarla açıq şifrə var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” şirkəti milyonlarla “Instagram” istifadəçisinin şifrəsini oxuna bilən formatda saxlayıb.

Bu barədə “RİA Novosti” korporasiyaya istinadən məlumat yayıb.

“Biz “Instagram” istifadəçilərinin oxuna bilən formatda olan əlavə şifrələr loqunu aşkarlamışıq. Bizim hesablamalara görə, bu, milyonlarla “Instagram” istifadəçisinə aiddir”, - deyə məlumatda qeyd olunur.

“Facebook” şifrələri həssas olan belə istifadəçilərə bildiriş göndərməyə söz verib.

Araşdırma nəticəsində şirkət əməkdaşlarının bu şifrələrdən istifadə etmədiyi müəyyənləşib.

Qeyd edək ki, “Facebook” korporasiyası 2012-ci ilin aprel ayında “Instagram” sosial şəbəkəsini satın alıb.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri