May
2019
10:00
69
26
6079
Virtual karabakh

“Samsung”un yeni “Galaxy A” smartfon seriyası

3 May, 2019
10:00
6079

“Samsung”un yeni “Galaxy A” smartfon seriyası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son iki ay ərzində “Samsung” geniş kütləyə “Galaxy A” seriyasının bütün modellərini təqdim edib. Yeni məhsul xətti “sərhədsiz” displey, əla kamera və daktiloskopik skaner növləri ilə fərqlənir.

“Galaxy A” model seriyasında hər bir istəyi qarşılaya bilən fərqli modellər təqdim edilib.

Belə ki, məhsul xəttinin ilk təmsilçiləri olan “Galaxy A10” və “А20” “Infinity-V” displeyi ilə təchiz ediliblər. “Samsung А10”-un əsas kamerası tək modul ilə təmsil olunmasına baxmayaraq, 13 MP-lik sensor geniş bucaqlı linza ilə təmin olunub, “Galaxy А20” kamerası isə ikili modul üzərində işləyən 13 MP-lik və ultra geniş 5MP-lik obyektivlərdən ibarətdir. Lakin, smartfonların ön kameraları olduqca oxşardır, belə ki, “Galaxy A10” üçün bu 5 MP-lik, “Galaxy A20” üçün isə - 8 MP-lik obyektivlərdir. A10 “Face recognition” funksiyası, А20 isə korpusun arxa hissəsində yerləşən daktiloskopik skaner ilə təchiz olunub. Sözügedən smartfonları artıq əldə etmək mümkündür, belə ki, “Galaxy A10” qiyməti-279 AZN, “Galaxy A20” - 399 AZN təşkil edir.

“Galaxy A30”, “А40” və “А50”, smartfonları Infinity-U dizaynlı “Super AMOLED” ekran ilə təchiz olunublar. Cihazların yuxarı çərçivəsi frontal kamera üçün nəzərdə tutulan xırda çıxıntını ifadə edir, həmçinin, smartfonların yan çərçivələri də olduqca ensizdir. “Galaxy A30” və “А 40” ikili əsas kameraya malik smartfonlardır, belə ki, obyektivlərdən biri 16 MP icazəli, digəri ultra geniş isə - 5MP icazəlidir. Lakin, “Galaxy A50” kamerasının iş prinsipi onlardan fərqli olaraq üçlü modul üzərində qurulub, bunlardan: 123 dərəcə baxış bucaqlı ultra geniş 8MP-lik, günün istənilən vaxtında aydın və parlaq şəkillər əldə etmək üçün 25 MP-lik (F1.7) və təsvir dərinliyinin və dəqiqliyinin tənzimlənməsi üçün nəzərdə tutulan 5 MP-lik kameranı qeyd etmək olar. Əlavə olaraq, “Galaxy A30” modelinin selfi kamerası - 16 MP-lik, “Galaxy А40” və “A50” isə 25 MP-lik obyektiv ilə təchiz olunub. Smartfonlar yerli bazarda artıq satışa çıxarılıb, belə ki, “А30” dəyəri - 499 AZN, “А40” - 549 AZN və “А50” - 649 AZN təşkil edir.

Smartfonlar bir-birindən həmçinin, barmaq izi skaneri tipi ilə fərqlənir. “Galaxy A30” və “А40” modellərində ənənəvi olaraq daktiloskopik skaner korpusun arxa hissəsində yerləşdirilib, “Galaxy A50”-də bu skaner birbaşa displeyə əlavə edilib.

“Samsung Galaxy A70” 2400 х 1080 piksel icazəli 6,7 Inifinity U displeyi ilə fərqlənir. Smartfonun arxa hissəsində üç modullu əsas kamera yerləşdirilib. Belə ki, üst kamera - dərinlik sensorlu, ortancıl - f / 1,7 diafraqmalı 32 MP, üçüncü isə f / 2,2 diafraqmalı 8MP-lik geniş bucaqlı obyektiv ilə təmsil olunub. Həmçinin, qeyd etmək lazımdır, ki, “A70” saniyədə 240 kadr sürəti ilə Full HD keyfiyyətli video çəkməyə qadirdir. “Galaxy A70” korpusunda barmaq izi skaneri qeyd edilməyib, belə ki, burada da “A50” modelində olduğu kimi, daktiloskopik sensor ekran üzərində yerləşdirilib.
 
“Galaxy A80” modelini yeni məhsul xəttinin şah əsəri kimi qəbul etmək olar. Smartfon “çevrilən” kamerası ilə hər kəsi heyrətləndirib. Belə ki, “A80” korpusu axarlıqla yuxarı istiqamətdə qalxır və kamera avtomatik olaraq öz oxu ətrafında dövr edir. Tamamilə düzdür, smartfonda yalnız bir dəst kamera nəzərdə tutulub, beləliklə burada əsas modul həm də selfi kamerası rolunu oynayır. “A80” ön hissəsinin tam olaraq displey ilə örtülməsi belə bir təkmilləşdirməni tələb edib. Burada fikrinizi yayındıra biləcək məqama rast gəlməyəcəksiniz, belə ki ekran üzərində nə “selfie” kamerası, nə danışıq dinamikləri, nə də daktiloskopik skaner əks etdirilib. Barmaq izi skaneri danışıq dinamikləri ilə birlikdə ekranın altında yerləşdirilib. Qeyd edək ki, “A80” modeli Azərbaycan bazarında iyun ayından mövcud olaraq, qiyməti isə - 1349 AZN təşkil edəcək,  “А70” smartfonunu isə aprel ayının sonundan əldə etmək mümkün olacaq, cihazın qiyməti - 849 AZN təşkil edəcək.

Yeni “Galaxy A” xəttinin smartfonları haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri