May
2019
15:57
135
40
2582
Virtual karabakh

“Azercell”lə dünyanı daha yaxşı görün - FOTO

8 May, 2019
15:57
2582

“Azercell”lə dünyanı daha yaxşı görün - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası” “Azercell”in dəstəyi ilə fəaliyyətini davam etdirir.

Bakıda bir çox internat məktəblərinə, uşaq evlərinə, bölgələrdə məcburi köçkün ailələrinin məskunlaşdığı ərazilərə səfər edən klinika növbəti ödənişsiz göz müayinələrini Şirvan şəhər İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzində təşkil edib. Səfər çərçivəsində 30 uşaq müayinədən keçib.

Klinikanın növbəti səfəri Qaradağ rayonuna təşkil edilib. Səfər zamanı Ümid qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrinin uşaqları klinikanın həkimləri tərəfindən müayinə olunub. 39 uşaq müayinədən keçib, onlara lazımi müalicələr təyin edilib, eynəklər paylanılıb.

Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri “Azercell Telekom” MMC-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Təşkil olunan müayinələrdən uşaqlarla yanaşı aztəminatlı ailələr, məcburi köçkünlər və ahıllar da yararlanır.

Ölkənin telekommunikasiya sahəsinin lideri Azercell sosial təşəbbüsləri və layihələri dəstəkləyən bir şirkət olaraq tanınır. Vurğulamaq istərdik ki, fəaliyyəti boyunca şirkət sosial layihələrə 19 milyon ABŞ dolları dəyərində sərmayə yatırıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib.

Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan
“Azercell”in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim edib.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

“Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri