13 
May
2019
12:05
54
46
1711
Virtual karabakh

Azərbaycanda ilk dəfə smartfonlar üçün sənədli serial təqdim olundu

“Beat group” tariximizi incələyən daha bir layihəyə imza atıb. Söhbət “Histogram”dan gedir.

Oxu.Az xəbər verir ki, “Histogram” Azərbaycanda ağıllı telefonlar üçün təqdim olunan ilk sənədli serialdır.

Hər bölüm tariximizin taym-laynı üzərində ekskursiya növüdür. 

Layihə üç - Azərbaycan, rus və ingilis dilində işıq üzü görəcək. 13 dəqiqəlik serial “Youtube”, “İnstagram” hesablarında, eləcə də, “Histogram” saytında yayımlanacaq. Lahiyədə bir sıra tekrarolunmaz bədii filmlərimizdən klassik nümunələr yer alıb. 

“Histogram”da incəsənət nümünələri, eləcə də, Azərbaycan tarixinə böyük iz salmış məşhur sənətkarların ifaları təqdim olunub.

Layihənin prodüseri Murad Babayev, kreativ direktoru isə Sinan Ağayevdir.

Təqdimat mərasimində çıxış edən Sinan Ağayev layihəni “inqilabi” adlandırıb.

“Hər bir seriya informasiya və ünsiyyətin müasir ötürülmə metodu prizmasından tariximizin taym-laynına ekskursiyadır. Bizim komanda gecə və gündüz işləyirdi, məlumatın kreativ və vizual düzgün ötürülməsinə çalışırdıq. Layihənin böyük gələcəyi var, o, inkişaf edəcək, daha genişmiqyaslı olacaq. Yeni epizodlara həm “Instagram”, həm də “YouTube” və layihənin rəsmi saytında baxmaq mümkün olacaq”, - deyə S.Ağayev bildirib.

O qeyd edib ki, layihənin əsas məqsədi yeni nəslin Azərbaycan tarixi ilə əlçatan dillə çatdırmaqdır.

Öz növbəsində layihənin ideya müəllifi Zaur Darabzadə etiraf edib ki, belə bir ideya çoxdan mövcud idi.

“Şadam ki, mənim kimi fikirləşən insanlar tapıldı və birlikdə biz bu mühüm və maraqlı layihəni həyata keçirdik”, - o deyib.

Qeyd edək ki, “Histogram”ın növbəti seriyası mayın 28-də - Respublika Günündə çıxacaq.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri