13 
May
2019
12:50
26
79
4719
Virtual karabakh

“Azercell” yeni rəqəmsal məhsul portfelini təqdim edir

13 May, 2019
12:50
4719

“Azercell” yeni rəqəmsal məhsul portfelini təqdim edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azercell” korporativ müştərilərinin istifadəsinə “Biznesim” - yeni nəsil tarif planları və rəqəmsal xidmətlərini təqdim edir. Yeni tarif paket abunəçilərə daha da geniş 4G sürətli internet imkanları, limitsiz şirkətdaxili zənglər və yeni Rəqəmsal Xidmətlər portfelindən yararlanmaq fürsəti ilə öncəki tarif paketlərdən xüsusilə fərqlənir.

Rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və azaltmağa kömək edəcək yeni tarif paketlər ilə əməkdaşlarınız arasında əlaqəni məkandan asılı olmayaraq təmin edə biləcəksiniz.

Əlavə olaraq, “Azercell”in yeni Tarif paketlərini aktiv edən korporativ müştərilər yeni Rəqəmsal Xidmətlər portfelindən istifadə etmə imkanı əldə edirlər. Bura Domain qeydiyyatı, Web səhifələrin yaradılması, Toplu Sms, Profilli SMS və sair xidmətlər aiddir.

“Müştərilərə və insanlara biznesin mərkəzi kimi yanaşmağın zəruriliyinə fokuslanmaq bizim hədəf olaraq təyin etdiyimiz və yeni məzmunlu məhsullar portfelimizə daxil etdiyimiz əsas xüsusiyyətlərdir.

Biz Azərbaycanda fəaliyyət göstərən şirkətlərin seçimi olmaq, yeni nəsil həllərin təqbiq edilməsi və  fərdiləşdirilmiş xidmətlə təmin edilməsi yolu ilə  onların Rəqəmsal Transformasiya prosesini idarə etməyi hədəfləyirik”, deyə “Azercell”in Korporativ Seqment Biznes strukturunun departament rəhbəri Giorgos Chatzis bildirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz    

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib.

Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim edib.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri