17 
May
2019
10:00
27
47
3447
Virtual karabakh

“Galaxy Tab S5e” - “Samsung”dan yeni ultra incə planşet

17 May, 2019
10:00
3447

“Galaxy Tab S5e” - “Samsung”dan yeni ultra incə planşet

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin fevral ayı “Samsung” şirkətinin təqdim etdiyi bir sıra yeni məhsullarla yadda qaldı. Buna misal olaraq “Galaxy S10” məhsul xəttini, sirlərlə dolu “Glaxy Fold” smartfonunu və “Galaxy Tab S5e” planşet kompüterini qeyd etmək olar. Yeni planşet incə korpusun və multifunksionallığın təcəssümüdür. 5.5 mm eni və 400 qr çəkisi olan “Galaxy Tab S5e”-nin  istifadəsi istənilən şəraitdə rahat və komfortludur. Cihazın korpusu, bucaqları səliqəli şəkildə dəyirmiləşdirilərək, klassik dördbucaq formasında alimundən icra edilib.

Yeni planşet 2560×1600 piksel icazəli 10.5 Super AMOLED displey ilə təchiz olunub. “Galaxy Tab S5e”-də ön korpusun 82 faizini displey təşkil etdiyindən, planşetin çərçivələri nəzərə çarpacaq dərəcədə incəlib.

Planşet yeni One Ui interfeysi ilə təchiz olunub. Bu interfeysin əsas məqsədi “geniş” ekranlar üzərində iş prosesinin sadələşdirilməsi və hərəkət ilə idarənin təkmilləşdirilməsidir. İnterfeys ekranı iki işləmə zonasına bölərək geniş diaqonallı ekrandan istifadə və naviqasiyanı asanlaşdırır. Burada displeyin yuxarı hissəsi kontenti gözdən keçirmək üçün, aşağı hissəsi isə smartfondan istifadə etmək üçün nəzərdə tutulub.

“Galaxy Tab S5e” 4QB RAM və microSD  ilə 512 QB qədər artırıla bilən 64QB daxili yaddaş ilə təchiz olunub. Planşetdə f/2.0 işıq güclü, 26 mm fokus məsafəli və 13MP-lik əsas kamera quraşdırılıb. Burada avto fokuslama, portretlərin çəkimi zamanı arxa fonun yayılması üçün  nəzərdə tutulan “Life focus” və kadrda yerləşən obyektləri avtomatik təyin edib tənzimləyən optimizasiya mövcuddur. Kamera UHD keyfiyyətli video çəkimini dəstəkləyir, bununla yanaşı həm də EIS - elektron təsvir stabilizasiyası ilə təchiz olunub. Belə ki, bu texnologiya sayəsində kameranın və əks etdirilən obyektlərin hərəkətini kompensasiya etməklə daha aydın və üstün keyfiyyətli kadrlar əldə etmək mümkündür. Frontal kamera həmçinin fon yayılmasını tənzimləyə bilən 8 MP-lik obyektiv ilə təchiz olunub.

Planşetdə barmaq izi skaneri nəzərdə tutulub, belə ki, daktiloskopik skaner korpusun yan hissəsində hamar düymə üzərində yerləşdirilib. Həmçinin, “Galaxy Tab S5e” şəxsi məlumatlarınızın yüksək dərəcəli mühafizəsini təmin edən “Face Recognition” funksiyasını da dəstəkləyir.

Cihazın kiçik ölçülərinə rəğmən, “Samsung” yeniliyi dörd AKG dinamikindən ibarət olan stereo sistem ilə təchiz edib. Bundan əlavə, planşet Dolby Atmos həcmli səs texnologiyasını da dəstəkləyir.

“Galaxy Tab S5e”-ni POGO qoşulması vasitəsi ilə yükləmək mümkündür. Bu qoşulmanın maili konstruksiyası hətta akkumulyatorun dolum zamanı cihazdan rahat istifadəni təmin edir.

Yeni planşetin ultra incə korpusu və güclü içliyi sizi hər bir anda tələb olunanlarla təmin etməyə qadirdir, buna misal olaraq, film izləmək, işləmək və ya sevdiyiniz kitabı oxumaq istədiyinizdə sözsüz ki, “Galaxy Tab S5e” mütləq köməyinizə çatacaq.

Bir azdan satışa çıxacaq “Galaxy Tab S5e” planşet kompüteri haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri