25 
May
2019
09:10
155
33
3184
Virtual karabakh

Britaniya ümumi “Huawei” şəbəkəsinin qadağasını dəstəkləmir - MƏNBƏLƏR

25 May, 2019
09:10
3184

Britaniya ümumi “Huawei” şəbəkəsinin qadağasını dəstəkləmir - MƏNBƏLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

(Reuters) İngiltərə təhlükəsizlik rəsmiləri ABŞ-ın Çin firması və onun məhsullarının Pekin tərəfindən casusluq üçün istifadə edə biləcəyini iddia etmələrinə baxmayaraq, yerli telekommunikasiya şəbəkələrindən olan Huawei-yə qoyulan tam qadağanı dəstəkləmir. 

Dünyanın ən böyük telekommunikasiya avadanlıqları istehsalçısı olan Huawei Çin höküməti ilə olan əlaqələrinə və dövlət casusluğunun olması iddialarına, ABŞ-ın öz müttəfiqlərini onun texnologiyasından istifadə etməmək çağırışına əsasən, Qərbdə ciddi araşdırmalarla üzləşir. 
İctimaiyyətə açıq heç bir sübut olmamasına və Huawei-nin iddiaları rədd etməsinə baxmayaraq, bu iddialar onun bir neçə Qərb ölkəsinin satış bazarlarına daxil olmaq imkanını məhdudlaşdırmışdır. 

“Biz tam qadağa qoymuruq. Bu, elə də asan deyil”, - bazar günü Financial Times qəzetinin bəyanatına əsasən, Britaniyanın 5G şəbəkələrində Huawei avadanlıqlarının istifadə riskini azaltmağı qərara aldığını bazar ertəsi mənbələrdən birində Reuters-ə deyib.

Financial Times qəzeti keçən il Huawei avadanlıqları ilə təchiz edilmiş texniki və təchizat zəncirində yaranan problemlərin yerli telekommunikasiya şəbəkələrində yeni təhlükəsizlik risklərinin yaranmasına səbəb olduğunu iddia edən hökümətin Milli Kiber Təhlükəsizliyi Şurasının (MKTŞ) gəldiyi nəticəyə əsasən, iki bənzər mənbələrə istinad edib. Huawei dərhal şərh bildirməyib. 

Britaniyanın Five Eyes kəşfiyyat bölüşdürmə qrupunun ABŞ-a üzv olması səbəbindən Huawei-nin yeni nəsil 5G şəbəkələrinin qurulmasında iştirakına icazə vermək barədə hər hansı bir qərar digər millətlər tərəfindən yaxından izlənəcək. 

Britaniya Huawei üçün vacib bir satış bazarıdır və keçən ay dünyanın ən böyük ikinci mobil operatoru olan Vodafon Qərb hökumətlərinin Çin firmasına tam təhlükəsizlik icazəsi verməsi ilə əlaqədar öz avadanlıqlarının əsas şəbəkələrdə yerləşdirməsini “dayandırdığını” bildirib.

Britaniyanın BT və Fransanın Orange şirkətləri də daxil olmaqla, Avropadakı digər operatorlar Huawei-nin avadanlıqlarını artıq öz satış bazarlarından çıxarıb və ya gələcəkdəki istifadəsini məhdudlaşdırmaq üçün addımlar atıblar.

İki mənbədə də deyilir ki, Milli Kiber Təhlükəsizliyi Şurası (MKTŞ) Huawei-nin Britaniya şəbəkələrindən istifadəsinə tamamilə qadağa qoymasının vacib olmadığını düşünür, kəşfiyyat nümayəndələri tərəfindən nəzarət altına alınmış xüsusi laboratoriyada məhsulların yoxlanaraq ehtiva etdiyi risklərin idarə edilməsinin mümkünlüyünə inanır. 

Məsələnin həssaslığı səbəbi ilə anonimlik şərti ilə danışan hər iki mənbə də bu mövqeyin Milli Kiber Təhlükəsizliyi Şurası (MKTŞ) və Britaniya rəsmiləri tərəfindən verilən ictimai açıqlamalarla uyğun gəldiyini bildirib.

“İyul ayında Huawei Kiber Təhlükəsizlik Dəyərləndirmə Mərkəzinin (HCSEC) nəzarət heyətində açıq qeyd edildiyi kimi, Milli Kiber Təhlükəsizliyi Şurasının (MKTŞ) Huawei-in mühəndislik və təhlükəsizlik imkanları ilə bağlı narahatlıqları var. Milli Kiber Təhlükəsizliyi Şurasının (MKTŞ) sözçüsü bazar ertəsi verdiyi müsahibəsində, şirkətin təkmilləşdirmə işləri aparacağını gözlədiklərini bildirib.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ 

Bu mövzuda məlumatı olan insanlar Huawei-in Britaniyadakı mövqeyi haqqında növbəti Milli Kiber Təhlükəsizliyi Şurasının (MKTŞ) hesabatında keçən ilin hesabatında gündəmdə olan məsələlərə dair tələsmədən verdiyi cavabı və Britaniya rəsmiləri ilə olan gərgin əlaqələri ətraflı şəkildə tənqid edəcək. 

Gələcək həftələrdə nəşr edilməsi gözlənilən hesabatda da hökumət öz siyasətini bəyan etmir. 

Britaniya telekommunikasiya infrastrukturunun hökumət tərəfindən müzakirə edilməsinin nəticələri ilin sonunda gözlənilir və gələcəkdə 5G şəbəkələri də daxil olmaqla təhlükəsizlik risklərinin idarə edilməsi ilə bağlı tövsiyələr burada öz əksini tapacaq. 

Five Eyes təşkilatının üzvü olan Avstraliya Huawei-in 5G avadanlığı ilə təchiz edilməsini qadağan etdiyi halda, Yeni Zellandiya bazar ertəsi verdiyi açıqlamasında 5G şəbəkələrində Huawei avadanlığının istifadə riski mövzusunda öz müstəqil dəyərləndirməsini edəcəyini söyləmişdir. 

Huawei öz avadanlıqlarının çinli kəşfiyyat xidmətləri üçün “bağlı qapılar” ehtiva etmədiyindən əmin olmaq məqsədilə Britaniyada və Almaniyada təhlükəsizlik laboratorityaları qurmuşdur. 
Bundan başqa, keçmiş polşalı təhlükəsizlik nümayəndəsi ilə birlikdə bir çinli Huawei işçisini də həbs edilməsindən sonra səlahiyyətli şəxslər Polşada da bir kiber-təhlükəsizlik mərkəzini yaratmağı təklif etmişdilər. 

Keçən həftə Britaniyanın M16 xarici təhlükəsizlik xidmətinin başçısı Aleks Younger Britaniyanın qadağan etmək əvəzinə, Huawei ilə bağlı olduğu düşünülən riskləri idarə etmək yollarını axtarmağın daha asan olduğunu soruşduqda bunun “daxildə və xaricdə” idarə edilməsinin daha çətin olduğunu söylədi .

Younger Münhendə jurnalistlərə verdiyi müsahibəsində “Bir əhəmiyyətli milli infrastrukturun hər hansı bir parçası inhisar təchizatçıdan təmin edilməməlidir” deyə bildirdi.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri