31 
May
2019
20:05
30
68
4209
Virtual karabakh

“Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin ilk sertifikatları verildi

31 May, 2019
20:05
4209

“Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin ilk sertifikatları verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi çərçivəsində “Mediasiyanın tətbiqi və Hüquq Peşəsinin gücləndirilməsi”  fəaliyyəti həyata keçirilmişdir. Fəaliyyətin icrası 12 fevral 2018-ci il tarixindən başlayıb.

Fəaliyyətin məqsədi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində pilot mediasiya mərkəzlərinin yaradılması və onun nəticələrinin qiymətləndirilməsi daxil olmaqla, mediasiya və hüquq peşəsinin təkmilləşdirilmə yollarının araşdırılması istiqamətində Ədliyyə Nazirliyinə mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan tövsiyələrin hazırlanmasından ibarət olub. 

Pilot Mediasiya Mərkəzlərində barışıqla həll edilmiş işlərin nisbəti beynəlxalq standartlara uyğun olaraq təxminən 61 faiz təşkil etmişdir. Bundan əlavə məsləhətçi şirkət Avropa Şurası nəzdində fəaliyyət göstərən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) “Mediasiya İşçi Qrupu”nun nümunəvi qanununa müvafiq olaraq Azərbaycan Respublikası üçün “Mediasiya haqqında” Qanun layihəsini hazırlamış və Qanun 29 mart 2019-cu il tarixində qəbul olunub.

Fəaliyyət çərçivəsində həmçinin, məsləhətçi şirkət ilkin olaraq pilot məhkəmələrdə mediatorların hazırlanması məqsədilə məhkəmə aparatı və dövlət orqanlarının işçilərindən, vəkillərdən və hüquqşünaslardan ibarət 30 nəfər üçün mediasiya üzrə baza təlimləri keçirmişdir. Təlimin nəticəsi olaraq mediatorlara Ədliyyə Nazirliyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsinin kooordinatoru, hakim Ramin Qurbanov tərəfindən sertifikatlar təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri