İyn
2019
13:20
31
101
1553
Virtual karabakh

“Azercell” növbəti dəfə tələbələrlə görüşdü - FOTO

Hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərində fəal iştirak edən “Azercell Telekom” MMC növbəti dəfə Xəzər Universitetində ənənəvi olaraq təşkil olunan İş Sərgisində tələbələrlə görüşüb.

“Azercell”in İnsan Qaynaqları departamentinin mütəxəssisləri sərgi iştirakçılarına şirkətdə mövcud karyera imkanları və xüsusi olaraq tələbələr üçün keçirilən proqramlar barədə geniş məlumat təqdim ediblər.

Qeyd edək ki, bu il “Azercell” tələbələr üçün yeni “Azercell-Lab” ödənişli təcrübə proqramını elan edib.

Layihənin məqsədi Rəqəmsal Texnologiyalara marağı olan tələbələrə dəstək olmaq və onları telekom sahəsinin ən son yeniliklərləri ilə daha yaxından tanış olmağa dəvət etməkdir. Seçim mərhələlərini uğurla keçən tələbələr “İT-lab” və “Biznes-lab” inkubasiya mərkəzlərində 6 aylıq ödənişli təcrübə keçmək, “Azercell” tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanı əldə edirlər.

Məlumat üçün bildirək ki, “Azercell” daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən tələbələrə “Azercell”in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.

“Azercell Telekom” MMC öz fəaliyyəti dövrü ərzində gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşıb. Bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə daim öz töhfəsini verir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”-in şəbəkəsi ölkə ərazisinin 99.1 faizi (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri