İyn
2019
06:18
58
34
2580
Virtual karabakh

“İnnovasiya Festivalı”nı 2000-dən artıq insan ziyarət edib

5 İyn, 2019
06:18
2580

“İnnovasiya Festivalı”nı 2000-dən artıq insan ziyarət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə olaraq təşkil edilən “İnnovasiya Festivalı”nı (“İnnoFest”) ümumilikdə 1800-dən çox yerli sakin, 300-dən çox xarici qonaq ziyarət edib.

Bu barədə “İnnoFest”in yekunlarına dair mətbuat konfransında Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli deyib.

Onun sözlərinə görə, “İnnoFest” çərçivəsində beynəlxalq “Lightest” Forumu, “İKT innovasiyalar və startap ekosistemi” seminarı, “EU4Digital proqramı”nın təqdimatı, “Monex Caspian Sammit”i, Gənclər İnternet İdarəçilik Forumu və III Robot Olimpiadası təşkil olunub.

Tədbirlərə ümumilikdə 1500-dən artıq iştirakçı qatılıb və onlardan 158-i xarici qonaqlar olub.

Mətbuat konfransında iştirak edən ABŞ səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Heydi Smit “İnnofest”i yüksək qiymətləndirib və onun keçirilməsində Nəqliyyat, Rabitə və Yüksək Texnoloqiyalar nazirliyinin xidmətlərini xüsusi qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri