11 
İyn
2019
10:00
68
16
1515
Virtual karabakh

“Samsung” QLED TV – zamanı qabaqlayan texnologiya

Bir müddət öncə reklam fasiləsi zamanı ekrandan ifadəli, dolğun və çox tanış bir səs eşitdim, hətta baxmaq üçün otağa belə qayıtdım. Bu, “Samsung” QLED TV-nin reklamında rol almış gözəl aktyor və inanılmaz istedada sahib Fəxrəddin Manafov idi. 

Çarxın sadəliyi və dolğunluğu məni heyrətə gətirdi. Minimum söz və maksimum təsvir - “Samsung”un yeni çarxını fərqləndirən xüsusiyyətlər budur. Qeyd edilən məqamları QLED TV-yə də aid etmək olar. Belə ki, televizorun minimalistik dizaynı seyrdən zövq almağa, əyri eleqant korpus isə ekranda baş verənlərin ab-havasına dalmağa kömək edir.

Displey onun bütün sahəsini örtən və istənilən rəng tonunu ifadə edə bilən milyonlarla kiçik nöqtələrdən – piksellərdən ibarətdir. Beləliklə, kvant nöqtələri adlanan bu texnologiya 100% rəng həcmini ötürməyə imkan yaradaraq, QLED TV ekranında işığı milyard rəng çalarına çevirməyə kömək edir.

Qeyd etmək lazımdır ki, televizor istənilən kontenti UHD keyfiyyətinə yaxınlaşdıra bilir. Bunun üçün “Samsung” Quantum Processor adlanan prosessoru təkmilləşdirib. Xüsusi maşın təlimli alqoritm üç pilləli miqyas düsturunu istifadə edir ki, bunlardan teksturaların yenidən yaradılması, təsvir pozuntularının azaldılması və obyektin kənarlarının bərpa edilməsini qeyd etmək olar. 

Həmçinin, sözügedən süni zəka qarışıq səs siqnallarının xarakteristikasını təyin edib, hər səhnə üçün ayrı-ayrılıqda səs kökləyir. Beləliklə, QLED televizorları ətraf mühitə uyğun optimal səs tənzimləmələrini avtomatik təmin edir.

Televizor həm də “Samsung”un Ultra Viewing Angle adlandırdığı baxış bucağını yaxşılaşdıran funksiya ilə təchiz edilib. Yenilik displey üzərində işıq itkisinin qarşısını alan və bərabər paylanmasını təmin edən əlavə qatdan ibarətdir. Belə ki, ekrana hansı bucaq altında baxmanızdan asılı olmayaraq, qara rəng ideal, digər rənglər isə parlaq olaraq qalır.

QLED televizorlarında reallaşdırılmış digər vacib məqamlardan biri HDR10+ texnologiyasıdır ki, onun köməyilə təsvirin parlaqlığı və dolğunluğu haqqında məlumat toplanaraq tədqiq edilir və nəticədə, ekranda ötürülən qara rəng dərin, ağ rəng isə daha aydın ifadə edilir. 

“Samsung” Qled TV haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri