19 
İyn
2019
15:23
27
93
3661
Virtual karabakh

İmzanı “Azercell” ilə tanıt

19 İyn, 2019
15:23
3661

İmzanı “Azercell” ilə tanıt

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azercell” ölkəmizin istedadlarına dəstək verir.

Hər zaman yenilikçi ideyaları və təşəbbüsləri dəstəkləyən “Azercell” son günlər ərzində sosial şəbəkələrdə gündəmdə olan “İmzanı Tanıt” çağırışına dəstək oldu.

Qeyd edək ki, iyun ayının əvvəlindən etibarən məşhur bloqerlər, aparıcılar və media nümayəndələri sosial şəbəkələrdə rezonans yaradaraq, istedadına və bacarığına güvənən yaradıcı şəxsləri öz əl işlərini #imzanitanit “haştaq”ı altında paylaşıb, imzalarını geniş kütləyə tanıtmağa təşviq etdilər. Çağırış çox qısa müddət ərzində hər kəsin rəğbətini qazanmağa müvəffəq oldu və yüzlərlə sənətkar bu fikir ətrafında cəmlənərək istedadlarını sosial şəbəkələrdə nümayiş etdirdilər.

Ölkəmizdə gənclərin peşəkar və fərdi inkişafına, mütaliə mədəniyyətinin təbliğ edilməsinə daim öz töhfəsini verən “Azercell” şirkəti Azərbaycanda istedadları kəşf etməyə fürsət yaradan “İmzanı Tanıt” sosial təşəbbüsünə də biganə qalmayıb. Sosial hərəkata dəstək olmaq məqsədilə ən maraqlı paylaşımlar şirkətin xüsusi münsiflər heyəti tərəfindən seçilib, “Azercell”-in sosial media səhifələrində bütün ölkəyə tanıdılacaq.

Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan etməyi hədəfləyən “Azercell” bununla da kifayətlənməyib. “Azercell” şirkəti “İmzanı Tanıt” çağırışını ölkəmizdə kiçik sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizi təbliğ etmək fürsəti kimi dəyərləndirir və sosial şəbəkələrdə dəstək olmaqla yanaşı, layihənin daha geniş miqyasda tanınması və daha çox məzmunun toplanması məqsədilə tez bir zamanda “İmzanı Tanıt” platformasını istifadəyə təqdim edəcəyini açıqlayıb.

Sayt yaradıcılıq fəaliyyətinə əməklərini həsr etmiş ustadların nəinki ölkə hüdudlarında, hətta xaricində də tanınmasına səbəb olacaq və dünyaya ölkəmizin istedadlar məkanı olduğunu bir daha nümayiş etdirəcək.

Odur ki, bizi @azercell və @imzanitanit “Instagram”, həmçinin müvafiq “Facebook” səhifələrindən izləyin və layihənin ən son yeniliklərindən xəbərdar olun!

Sən də bizə qoşul və imzanı milyonlara tanıt!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”-in şəbəkəsi ölkə ərazisinin 99.1 faizini (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”-in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri