27 
İyn
2019
05:28
26
177
3088
Virtual karabakh

“Instagram”dan daha bir yenilik: Reklam əlavə olunur

27 İyn, 2019
05:28
3088

“Instagram”dan daha bir yenilik: Reklam əlavə olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram”da tövsiyə səhifəsində reklam publikasiyaları çıxacaq. Bu barədə şirkətin bloqunda xəbər verilir.

Məlumata əsasən, istifadəçilər reklamı  tövsiyələrdə yaxın aylarda görə biləcəklər.

“Instagram” reklam publikasiyalarını yalnız tövsiyələrdəki postların üzərinə vuran və oxşar şəkil və ya videolar olan lenti izləyən istifadəçilərə təqdim edəcək.

Qeyd edək ki, tövsiyələr “Instagram”da 2012-ci ildə peyda olublar. Onlara baxmaq üçün tətbiqin aşağı panelindəki lupanın üzərinə vurmaq lazımdır. Onlar abunəlik, “like”lar və izlənilən publikasiyalardan asılı olaraq, hər istifadəçi üçün fərdi formalaşır.

Hazırda “Instagram”da reklam istifadəçilərin şəxsi lenti və tarix bölməsində var. Reklam elanlarından brendlərin saytlarına keçid etmək mümkündür. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri