28 
İyn
2019
10:30
45
24
2738
Virtual karabakh

“Space Max” texnologiyası ilə təchiz olunan “Samsung” soyuducuları - maksimum saxlama həcmi

28 İyn, 2019
10:30
2738

“Space Max” texnologiyası ilə təchiz olunan “Samsung” soyuducuları - maksimum saxlama həcmi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur aşpazlardan biri deyib: “Yeni ləzzətlərin necə yarandığını bilirsinizmi? Sadəcə öz soyuducunuzun içinə diqqətlə baxın”. Bəs xırda mətbəxinizdə geniş çeşid məhsulu saxlamaq üçün böyük həcmli soyuducudan istifadə etmək imkanınız yoxdursa, nə etməli?

“Space Max” texnologiyalı “Samsung” soyuducuları saxlama kamerasının həcminin məişət texnikasının ölçüsündən asılı olmadığını sübut etdi. Yeni texnologiya enerji effektivliyində dəyişikliyə səbəb olmadan soyuducunun divarlarını incəldərək daxili həcmi böyütməyə imkan yaradır.

“Space Max” texnologiyası sayəsində yeni modellər 80 litrə qədər əlavə həcmə sahib olublar. İstehsalçı divarların incəliyini korpusun istilikkeçirmə qabiliyyətini azaldan keyfiyyətli istilik izolyasiyası ilə təmin edib. Beləliklə, “Space Max” soyuducuları ölçüləri dəyişmədən daha çox saxlama həcmi təqdim edir.

“Samsung” soyuducularında rahat saxlamanı təmin edən xüsusi rəflər və yeşiklər nəzərdə tutulub. Belə ki, buna misal olaraq hündür şüşə və ya böyük qabların yerləşdirilməsi üçün rahat transformasiya edilən - qatlana, yığıla və qısaldıla bilən xüsusi rəfi qeyd etmək olar.

Məhsulların uzun müddət saxlanılması üçün optimal şəraiti təmin edən “Fresh Zone” yeşiyi isə balıq və ət məhsulları üçün idealdır.

Yeni texnologiyalardan istifadə edilməsinə baxmayaraq, “Samsung” soyuducuları hətta qapının tez-tez açılması zamanı hərarət dəyişiklərinə məruz qalmadan işləyə bilirlər. “Space Max” texnologiyalı məişət cihazı işləmə sürətini kamera daxilində hərarət dəyişikliklərinə əsaslanaraq tənzimləyən rəqəmsal inverter kompressoru ilə təchiz olunub. Bu səbəbdən enerji sərfiyyatı və işləmə zamanı yaranan səs azalır və mühərrikin uzunömürlülüyü təmin edilir.

Əlavə olaraq, sözügedən mühərrikə istehsalçı tərəfindən 10 il zəmanət təqdim olunur. Kameranın arxa divarında yerləşdirilmiş unikal “Metal Cooling” lövhəsi soyuğu uzun müddət qoruyub saxlayaraq məhsulların təravətli qalması üçün tələb olunan hərarəti tez bir sürətdə
bərpa edir. 

“All-around Cooling” texnologiyası isə hər bir rəfi ayı-ayrılıqda daimi hava axını ilə təmin edir, belə ki, indi məhsullarınızı soyuducunun istənilən rəfində rahat yerləşdirərək uzun müddət ilk günkü kimi təravətli və təzə qalacaqlarına əmin ola bilərsiniz.

“Space Max” texnologiyalı “Samsung” soyuducuları haqqında əlavə məlumat “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton“ və “Optimal” mağazalarında əldə edilə bilər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri