İyl
2019
11:47
78
45
1814
Virtual karabakh

“Honor” flaqmanları tezliklə Azərbaycan bazarında alıcılara təqdim olunacaq

“İrşad Electronics”dən aldığımız məlumata əsasən, “Honor” smartfonları problemsiz şəkildə, öz qaydasında fəaliyyət göstərməyə davam edir!

“Honor” smartfonları öz keyfiyyəti və yüksək xidmət səviyyəsi ilə alıcılarının etibarını qazanıb. “Honor” üçün alıcılarının etibarı isə ən dəyərli və önəmli amildir. İstər aktual, istərsə də yeni model “Honor” smartfonlarında əməliyyat sistemi avtomatik olaraq yenilənir (hal-hazırda bu, keçən həftə yenilənən IMUI 9.0.1. əməliyyat sistemidir).

Ən populyar “Honor 8X” və “Honor 10 Lite” modellərinin də əməliyyat sistemi artıq yenilənib.

“Honor” smartfonlarında “Google Play” və “Android” daxil bütün servislər öz qaydasında fəaliyyət göstərir. Eyni zamanda, yeni təqdim olunan “Honor” modellərində də bütün servislərin problemsiz şəkildə fəaliyyət göstərdiyini təsdiqləmək istərdik. Bu modellər sırasında Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın və əlbəttə ki, Çinin bazarlarında xüsusi rəğbət qazanan “Honor 10i” və “Honor 20Series” modellərini xüsusi qeyd etmək istərdik.

“Honor” mayın sonunda təqdim olunan və iki həftə ərzində 1 milyondan çox sayda satılan “Honor 20” modeli ilə öz seqmentində ən tələb olunan smartfon istehsalçısı olaraq qalır. “Honor” flaqmanlarının tezliklə Azərbaycan bazarında da alıcılara təqdim olunacağı çox sevindirici xəbərdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri