Pərakəndə satış mağazaları “Huawei”i dəstəkləyir
Pərakəndə satış mağazaları “Huawei”i dəstəkləyir
Pərakəndə satış mağazaları “Huawei” mobil telefonlarına dəstək aksiyasına start verib.
Asiya ölkələrində yayılan mağazaların “Huawei” telefonlarının hər hansı xəta olmadan və cədvələ əsasən yenilənəcəyinə təminat verməsi barədə bəyanatlar bir neçə digər ölkədə də dəstəklənib.
Xüsusilə hazırda Azərbaycanda fəaliyyət göstərən pərakəndə satış şəbəkələri sosial şəbəkələrdəki səhifələrində müvafiq dərc yerləşdirməklə “Huawei”i dəstəkləyiblər.
Beləliklə, pərakəndə satıcılar şirkət tərəfindən əvvəl səsləndirilən “Huawei” smartfonlarının ən etibarlı smartfonlardan biri olaraq qalmağa və əvvəlki rejimdə işləməyə davam edəcəyi barədə bəyanatını təsdiqləyib.
Şirkət artıq istifadə olunan və ya dünya bazarında mağazalarda olan “Huawei” smartfonları və planşetlərinin təhlükəsizlik sistemləri üçün yenilənmələri təqdim etməyə və satışdan sonra xidmət göstərməyə davam edəcəyi təsdiqlənib.
Artıq satılmış və ya satışda olan qurğuların işində hər hansı dəyişiklik gözlənilmir. Bu, o deməkdir ki, artıq “Huawei” telefonunu alan və ya almağı planlaşdıran istənilən istifadəçi telefonunun adi rejimdə “Google” servislərinə girişə malik olacağı, “Google” tətbiqləri və təhlükəsizlik sistemlərinin isə yenilənməyə davam edəcəyindən əmin ola bilər. Həmçinin, şirkətin smartfonlarında quraşdırılan digər tərtibatçıların tətbiqləri də yenilənəcək.