17 
İyl
2019
15:03
57
35
1447
Virtual karabakh

“Expressbank” “Zolotaya Korona” pul köçürmələrini daha sürətli və rahat etdi

Hər zaman müştərilərin rahatlığı üçün bütün bank xidmətlərini ən müasir şəkildə təkmilləşdirən “Expressbank” artıq “Zolotaya Korona” pul köçürmələri sisteminin müştərilərinə banka gəlmədən pullarını əldə etməyi təklif edir.

Müştərilər “Zolotaya Kоrona” sisteminin “pul köçürmələri” əlavəsini yükləyib qeydiyyatdan keçərək göndərilən məbləği birbaşa “Expressbank”ın plastik kartlarına köçürə bilərlər. (mobil əlavə: https://koronapay.com/m/qr-dp) Əməliyyatın aparılması son dərəcə sadə və rahatdır. (Əməliyyat prosesi: https://youtu.be/ktYXJJ6dapA)

“Expressbank” plastik kartı olmayan müştərilərin rahatlığı üçün də xüsusi xidmət təqdim edir. Müştəri bankın istənilən filialına yaxınlaşaraq “Zolotaya Korona” pul köçürmələri sistemi ilə gələn pulu elə filialda 15 dəqiqəyə əldə etdiyi “Expresso” kartına köçürə bilər. Bununla da müştəri “Expresso” kartının bütün üstünlüklərindən faydalanır.

Müştərilər “Expressbank” kartına köçürdükləri pulu ölkədaxili nağdsız alış-verişlərdə istifadə edərək 30 faizədək “cashback” qazanır və ya arzuladığı zamanda “Expressbank”ın bankomatlarına (ATM) yaxınlaşaraq komissiyasız nağdlaşdıra bilir.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bankın xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrində rəsmi səhifələrinə daxil olaraq əldə etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri