Avq
2019
13:00
137
64
6632
Virtual karabakh

“Xiaomi Concept Store”un Azərbaycanda möhtəşəm açılışı - FOTO/VİDEO

Mobil telefonlar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Onsuz keçinmək artıq qeyri-mümkündür. Müasir telefon bazarının zəngin olduğu dövrümüzdə münasib keyfiyyət və qiymətə məhsul tapıb seçmək, yəqin ki, mobil telefon həvəskarlarının hamısının qarşılaşdığı çətinliklərdəndir.

Qafqazda ən böyük “Mi Concept Store”un Bakıda, metronun “28 May” stansiyası yaxınlığındakı Dəmir Yolu Vağzalının 2-ci mərtəbəsində açılışı oldu. Mağazada “Xiaomi”nin bütün məhsulları təqdim olundu.

Burada mobil telefonlar, noutbuklar, müxtəlif elektron avadanlıqlar, geyimlərin satışı həyata keçirilir. Açılışa özəl endirimli qiymətlər təklif olunur. Bundan əlavə, “1 kart” vasitəsilə altı ay faizsiz məhsulları əldə etmək mümkündür.

Şirkətin Azərbaycan təsisçisi Xalid Süleymanov açılış mərasimində bildirib ki, nəhayət ki, uzun sürən hazırlıqdan sonra Çinin nəhəng kommunikasiya şirkətinin məhsullarının Azərbaycanda satışı reallaşır:

“Əziz qonaqlar, “Xiaomi Concept Store”un möhtəşəm açılışında hər birinizi salamlayıram. Vaxtınızı çox almayacağam. Qafqazda ən böyük “Mi Concept Store”u məhz Azərbaycanda açmağımızın məqsədi - ən son texnoloji yenilikləri münasib qiymətlə vətəndaşlarımız üçün əlçatan etməkdir”.

Xalid Süleymanov bildirib ki, mərasimdə qeyd edilən sloqanın olmasının da səbəbi var:

“Biz hədəfləmişik ki, “Xiaomi” məhsullarını ölkə ərazisində satmaq üçün 200 satış nöqtəsi açaq. Yeni açılan mağazada “Xiaomi”nin 60-70 faiz məhsulları müştərilərə təqdim ediləcək. Bundan əlavə, qısa müddət ərzində böyük aktivlik göstərib regionlarımızı da əhatə etmək planlarımız var.

Ümid edirik ki, “Xiaomi Concept Store” azərbaycanlı sahibkarlara müraciət edir və onları dünyada məşhur olan Xiaomi Korporasiyasının məhsullarının Bakıda və bölgələrdə satılması ilə bağlı əməkdaşlığa dəvət edir.

Əməkdaşlıq şirkətin məhsullarını Bakıda və ölkənin bölgələrində satışı ilə bağlıdır. Əməkdaşlığı və onun rəsmiləşdirilməsini ətraflı müzakirə etmək üçün 012/070 4440220 telefon nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Əməkdaşlıq haqqında bütün məlumatlar və onlayn əməkdaşlıq forması www.xiaomiazerbaijan.com rəsmi saytında təqdim olunur. Hər kəsə bir daha gəldiyiniz üçün təşəkkür edirəm”.

Açılış mərasimində mağazada müştərilərə özəl endirimli qiymətlər təklif edilib. Müxtəlif brendləri özündə birləşdirən məhsullar öz rahatlığına, forma və dizaynına, eləcə də, funksiyalarına görə seçilir. Müştərilərin tələb və zövqünə uyğun dizayn edilmiş müxtəlif mobil telefonlar həm nəğd, həm də münasib kredit şərtlərinə uyğun mobil telefon həvəskarlarına təqdim edilir.

Çin şirkəti olan “Xiaomi” qısa vaxtda bazarda təqdim etdiyi yüksək səviyyəli portativ texnika; smartfonlar, planşetlər, noutbuklar, kameralarla müştərilərin rəğbətini qazanıb. 

Yeni mağazada da təqdim edilən bu məhsullar çeşidlərinə görə seçilir.

Qeyd edək ki, mağazadan əlavə, Azərbaycanda mobil cihazların təmiri üzrə ixtisaslaşmış və peşəkar ustaları özündə birləşdirən mükəmməl servis – “W service” səlahiyyətli təmir mərkəzinin də açılışı olub.

Burada istənilən mobil cihazların yüksək keyfiyyət və zəmanətli təmiri həyata keçirilir. 

Qafqazdakı ən böyük “Xiaomi” konsepsiya mağazasının ünvanı: Fikrət Əmirov küçəsi 24, Bakı Dəmiryol Stansiyası (ikinci mərtəbə); əlaqə nömrələri +99412 444-0-557 və +99450 444-0-557 (Whatsapp).

E-mail: info@xiaomiazerbaijan.com

“Xiaomi Concept Store”un fəaliyyəti haqqında daha ətraflı məlumat rəsmi internet saytında, həmçinin, “Facebook” və “Instagram” sosial şəbəkələrindəki səhifələrdə mövcuddur.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri