Sen
2019
10:00
15
58
4606
Virtual karabakh

"Nargis" Fondunun dəstəyi ilə "Samsung"dan yeni irimiqyaslı layihə

4 Sen, 2019
10:00
4606

"Nargis" Fondunun dəstəyi ilə "Samsung"dan yeni irimiqyaslı layihə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heç kəs üçün sirr deyil ki, əksər Azərbaycan ailələrində heç deyilsə bir "Samsung" məhsulu vardır. Bu soyuducudan başlanaraq, mobil telefonadək aid edilir.

Öz əlli illik yubileyi ərəfəsində "Samsung" şirkəti brendə göstərilən bu etimada minnətdarlıq olaraq, "Azərbaycan "Samsung"u seçir" adlı yeni layihəyə start verir. Şirkət "Hər bir uşaq keyfiyyətli təhsil almalıdır" şüarını əsas tutaraq, "Nargis" Fondunun dəstəyi ilə Quba, Biləsuvar və Tovuz rayonlarının 3 məktəbində xüsusi təhsil otaqları yaratmağı planlaşdırır.

Sözügedən otaqlar "Samsung" şirkətinin qabaqcıl texnoloji məhsulları ilə təchiz olunaraq, şagirdlərin həm təhsil prossesini yüngülləşdirəcək, həm də onların rəqəmsal texnologiya ilə tanışlığına səbəb olacaqdır.

Bu layihəni reallaşdıraraq "Samsung" Azərbaycan xalqının simasında sadiq istehlakçısına öz dərin hörmətini bildirərək,  Azərbaycan uşaqlarının gələcəyinə töhfə vermək istəyir. Həmçinin, layihə çərçivəsində Azərbaycanın bölgələrinə üz tutan "səyyar kinoteatr" turunu planlayır ki, bu turda uşaqların çox sevdiyi cizgi filmi nümayiş etdiriləcəkdir. 

Uşaqların maraqlı, xoş vaxt keçirmələri və müsbət enerji almaları üçün  kino seanslar açıq hava şəraitində baş tutacaq. Belə ki, sözügedən bu layihənin əsas məqsədi uşaqların son tətil günlərini məmnuniyyətlə keçirmələri və yeni güclə məktəbə üz tutmalarıdır. Həmçinin, layihə çərçivəsində kiçik seyirçiləri "Samsung"dan xüsusi hədiyyələr də gözləyir. 

Səyyar kinoteatrı qeyd edilən regionlarda gözləyin: 


Hörmətli valideynlər, sizi bu unikal fürsətdən istifadə etməyə və uşaqlarınıza sevinc dolu anlar yaşatmağa dəvət edirik.

Qeyd edək ki, seanslar tamamilə pulsuzdur və istənilən uşaq burada seyirçi olaraq iştirak edə bilər. Hər birinizə gözəl istirahət arzu edirik! 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri