26 
Sen
2019
10:00
16
91
2267
Virtual karabakh

“Nargis” Fondunun dəstəyilə “Samsung” şirkəti tərəfindən təşkil edilmiş “Cinemobile”in region turu başa çatıb

26 Sen, 2019
10:00
2267

“Nargis” Fondunun dəstəyilə “Samsung” şirkəti tərəfindən təşkil edilmiş “Cinemobile”in region turu başa çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Samsung” şirkəti tərəfindən təşkil edilmiş mobil kinoteatrın Azərbaycan bölgələrinə olan səfəri sona çatdı. “Nargis” Fondunun dəstəyi ilə həyata keçirilən bu layihə yeni tədris ili öncəsi gənc tamaşaçıları sevindirdi. Tur çərçivəsində mobil kinoteatr Qazax, Gəncə, Zaqatala,Quba, Sabirabad və Ağdam rayonlarını ziyarət edib.

“Cinemobile” adlanan bu kinoteatr uşaqlara unudulmaz anlar və müsbət emosiyalar yaşadıb. Belə ki, doyunca şənlənən, oynayan və rəqs edən uşaqlar üzümüzə gələn dərs ili üçün bolca güc toplamış olublar.

Qeyd etmək lazımdır ki, səfər zamanı hər bölgədə “səyyar kinoteatr” səbirsizliklə gözlənilirdi. 

Belə ki, tamaşaçılar kinoseansların keçirilmə məkanlarında qabaqcadan toplaşaraq, hər gəlişi xüsusi hadisəyə çevrilən “Cinemobile”i böyük sevinclə qarşılayırdı.   Hər seansdan əvvəl seyrçiləri əyləncə proqramı, sonda isə “Zootopia” cizgi filmi gözləyirdi.

Cizgi filminin maraqlı süjeti buna misal olaraq, əsl dostluq, yaxınlarımıza dəstək və ən əsası ədalətin qələbəsi kimi  həyatımızın əsas dəyərləri ilə tamamlanırdı. Uşaqlar, bir çox fərqli cəhətləri olmaqlarına baxmayaraq, səylərini dostluq naminə birləşdirən personajların sərgüzəştlərini böyük maraqla izləyirdilər. 

Kiçik tamaşaçılara təşkil etdikləri bayram üçün Samsung və “Nargis” Fonduna dərin minnətdarlığımızı bildiririk, əminik ki, layihə həm böyüklərə, həm də uşaqlara sevinc bəxş edərək unudulmaz anlar yaşatdı.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri