27 
Sen
2019
17:12
71
21
5239
Virtual karabakh

“Huawei” “Mate 30” seriyasından smartfonları təqdim edib - FOTO

27 Sen, 2019
17:12
5239

“Huawei” “Mate 30” seriyasından smartfonları təqdim edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“HUAWEI” dünyada ilk 5 G smartfonlarını – “HUAWEI Mate 30” seriyasını təqdim edib. 

88° bucağı altında əyilmiş kənarları və ön kameranın altında miniatür kəsiklə “OLED HUAWEI” Horizon Display video oyunları və kinoya baxan zaman tam qərqolma effekti yaradır. Bir kristalda hesablama modulları və 5G modemi ilə təchiz olunan dünyada ilk Kirin 990 5G SoC prosessoru yüksək məhsuldarlığı və enerji səmərəliliyini nümayiş etdirir. 

“HUAWEI Mate 30” seriyasından olan smartfonlar dörd şəkil modullarından ibarət əsas kamerasına yüksək həssaslığa malik SuperSensing Cine Camera kinokamerası daxildir. Yeni EMUI 10 interfeysi gündəlik tapşırıqlar yerinə yetirilən zaman rahatlıq və yüksək məhsuldarlıq təmin edir, güclü batareya və HUAWEI SuperCharge sürətli enerji yığma texnologiyası isə smartfonu uzun müddət ərzində lazımi şəkildə istifadə etməyə imkan verir. 

“HUAWEI Mate 30 Pro” ilk dəfə olaraq fiziki səs tənzimləmə düymələrini virtual düymələrlə əvəz edən intuitiv Side-touch Interaction sensor idarəetmə funksiyasını təqdim edir.

Texnologiya istifadəçiyə klavişləri cihazın hər iki hissəsində yerləşdirməklə onların vəziyyətini dəyişməyə imkan verir. Ekranın daxilinə quraşdırılan barmaq izləri skaneri ilə birlikdə “HUAWEI 3D Face Unlock” üz tanıma texnologiyası yüksək səviyyəli mühafizə və istifadə rahatlığı təmin edir. 

“HUAWEI Mate 30 Pro” modeli, həmçinin, audionun displey vasitəsilə canlandırılması üçün “HUAWEI Acoustic Display” texnologiyası ilə təchiz olunub. 

Ən qabaqcıl 7 нм+ EUV texnoloji prosesi ilə hazırlanmış “HUAWEI” Kirin 990 5G çipseti 2G/3G/4G, 5G şəbəkələrində avtonom və qeyri-avtonom rejimlərdə işi, həmçinin, Dual SIM, Dual Standby texnologiyaları və tam tezlikli FDD/TDD diapazonlarını dəstəkləyir və bununla mobil şəbəkələrdə sürətli dəyişdirməni təmin edir.

“HUAWEI Mate 30” seriyasından olan smartfonlar əməliyyat sisteminin işinin maksimal məhsuldarlığını təmin etmək üçün optimallaşdırılıb. Dünyada ilk ikinci nəsil 5G smartfonu olan “HUAWEI Mate 30 Pro 5G” modeli 5G şəbəkələri üçün 14 antena ilə təchiz olunub, bu isə sürətli qoşulmanı və yüksəksürətli rabitəni təmin edir. 

Gün ərzində fasiləsiz işləmək üçün “HUAWEI Mate 30” 4200 mA●s tutumuna malik, əsas “HUAWEI Mate 30 Pro” modeli isə 4500 mA●s tutumuna malik güclü batareya ilə təchiz olunub. TÜV Rheinland şirkətinin sertifikat təqdim etdiyi  “HUAWEI SuperCharge” texnologiyası akkumulyatorun sürətli şəkildə enerji yığmasını təmin edir.

Simsiz enerji yığma qurğusunun gücü 27 Vt, simlinin isə gücü 40 Vt təşkil edir. “HUAWEI Mate 30” smartfonları, həmçinin, daşınan qurğuları və digər cihazları smartfonun akkumulyatorundan enerji ilə doldurmağa imkan verən təkmilləşdirilmiş əks enerji yığma funksiyasını dəstəkləyir.

“HUAWEI Mate 30” smartfonu üçlü şəkil modulu ilə təchiz olunub. Modul yüksək həssaslığa malik 40 MP-lik kamera, 16 MP-lik geniş bucaqlı kamera və teleobyektivli 8 MP-lik kameradan ibarətdir. ISP 5.0 şəkillərin emal prosesi sayəsində “HUAWEI Mate 30” seriyasından olan smartfonlar ən müxtəlif şəraitlərdə parlaq və realistik şəkilləri təmin edir.

“HUAWEI Mate 30 Pro” əsas kamerası 40 MP-lik Cine Camera kinokamera, yüksək həssaslığa malik 40 MP-lik kamera, teleobyektivli 8 MP-lik kamera və 3D-kamera olmaqla dörd moduldan ibarətdir. Yüksək həssaslığa malik kinokamera (Super Sensing Cine Camera) — keyfiyyətinə görə peşəkar güzgülü fotoaparatlardan heç də geri qalmayan şəkillər çəkə bilən iki əsas kameradır.

O, ISO 51200 maksimal həssaslığa malik 1/1,54 düym diaqonallı böyük sahəli sensorla təchiz olunub və saniyədə 4K/60 kadr formatında genişləndirilmiş dinamik diapazonlu videolar, həmçinin, saniyədə 7680 kadr tezliyə malik yavaşladılmış çarxlar çəkməyə imkan verir. Kamera, həmçinin, işıqlandırma səviyyəsi aşağı olduqda 4K formatında geniş formatlı siklik çarxların (time-laps) çəkilişini dəstəkləyir.

HUAWEI Mate 30 Pro” modeli çəkiliş zamanı “boke” effektini tətbiq edir, bu isə peşəkar səviyyədə kadrlar əldə etməyə imkan verir. İki kameralı sistemin ikinci kamerası ənənəvi həllərlə müqayisədə 40% daha çox işığı əhatə edən HUAWEI SuperSensing 1/1,7 düym diaqonallı sensorla təchiz olunub. Bu, ISO409600-dək yüksək həssaslıqla aşağı işıqlandırma səviyyəsində əminliklə çəkiliş etməyə imkan verir və onu zəif işıqlandırmada çəkiliş üçün ən yaxşı mobil fotokamerası edir. 

Nəhayət, teleobyektivli 8 MP-lik kamera 3 qat optik, 5 qat hibrid və 30 qat rəqəmsal yaxınlaşdırmanı təmin edir. İntellektual proqram sabitləşdiricisi (AIS) və obyektin dərinliyinin hesablanması (3D Depth Sensing)  ilə birlikdə optik təsvir sabitləşdiricisi (OIS) sistemi uğurlu şəkildə tamamlayır. Obyektlərin dərinliyinin hesablanması funksiyası ilə ön 3D-kamera avtoportretlərə “boke” effektinin tətbiq olunmasına görə cavabdehdir obyektin dərinliyinin dəqiq ölçülməsi hesabına reallığa uyğunluğa zəmanət verir. 

“HUAWEI Mate 30” seriyasından olan smartfonlar istifadə rahatlığını artıran bir sıra ən yeni funksiya və texnologiya ilə təchiz olunub. Onlara aşağıdakılar aiddir:

- Bloklama ekranının rəngini gün ərzində tənzimləmə imkanı ilə müasir dizayn və, bildirişlərin və saatın gözləmə rejimində əks etdirilməsi üçün Always-On-Display funksiyası ilə təchiz olunan EMUI 10 əməliyyat sistemi;

- Gecə vaxtı oxuma rahatlığını artıran və ekranın xarici görünüşünü yaxşılaşdıran gecə rejimi;

- Smartfonun sol və ya sağ tərəfinə keçirilə bilən intuitiv virtual yan klavişlər onları səsin dəyişdirilməsi, oyunlarda idarəetmə və ya fotoçəkiliş kimi tapşırıqlara uyğunlaşdırmağa imkan verir;

- Ekranın intellektual avtodöndərmə funksiyası və AI Private View rejimi ilə birlikdə qurğu ilə təmassız qarşılıqlı əlaqə üçün jestlərin intellektual idarə olunması smartfondan gündəlik istifadə rahatlığını əhəmiyyətli dərəcədə artırır; 

- Smartfonun avtomobillərin multimediya mərkəzləri ilə uyğunluğu üçün HiCar funksiyası;

- İstifadəçilərə məlumatları ötürməyə və kontentin əks olunmasını “HUAWEI”  qurğularının eyni anda bir neçə ekranında idarə etməyə imkan verən çoxekranı rejim;

- Şəxsi məlumatların ən yüksək səviyyədə mühafizəsini təmin edən (HUAWEI Mate 30 Pro  seriyasından olan smartfonlarda) “HUAWEI 3D” Face Unlock üz tanıma texnologiyası və ekranın daxilinə quraşdırılan barmaq izləri skaneri.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri