Okt
2019
10:00
39
23
1540
Virtual karabakh

“Anti-Tangle” turbinli “Samsung” tozsoranları: zövq alacağınız təmizlik

Dünyanın ən böyük tozsoranı daha çox kombaynı xatırladaraq, sənaye tullantılarını təmizləmək üçün təchiz olunub. Bu tozsoranın istifadəsi olduqca rahatdır: sükan arxasına keçirsiniz və təmizlik başlanır. Düşünürəm ki, adi tozsoranarın vaxtaşırı sovurma gücünü itirməsi səbəbindən xanımlarımızın bir çoxu belə bir “elektrik süpürgəsinin” əl altında olmasını arzu edərdi. Beləliklə, tozsoranın işləmə gücü vaxt keçdikcə azalır, belə ki, çirk və saç topaları filtr barmaqlıqlarının üstünə yığılaraq hava axının qarşısını alır. 

Adi toz toplayıcı iki bölmədən ibarət olub, birinci kamerası xırda tozu yığmağa, ikinci kamerası isə daha böyük həcmli tullantılar üçün nəzərdə tutulub. Burada mərkəzdənqaçma gücünün köməyilə fərqli ölçülərə malik olan tullantıların çeşidlənməsi həyata keçirilir.

Beləliklə, barmaqlıqlar üzərində toplanan tullantılar hava axının qarşısını alaraq, sovurma gücünü azaldır və mühərrik qızmağa başlayır. Bu səbəbdən tozsoranın xarab olması hallarını aradan qaldırmaq və bütöv gücü ilə işləməsi üçün biz tez-tez onu boşaltmaq və filtri təmizləmək məcburiyyətində qalırıq.

Anti-Tangle turbinli Samsung tozsoranları toz və çirkin filtr barmaqlıqlarının üzərində yığılmasının qarşısını alan, xüsusi texnologiya ilə təchiz olunublar. Belə ki, siklon filtr üç hissədən ibarət olub, yuxarı hissəsində əks istiqamətdə firlanan və tullantıları itələyərək filtr üzərində toplanmasının qarşısı alan xırda turbin yerləşdirilib.

Nəticədə, böyük həcmli toz konteynerin dibində yığılır, əlavə hava axını isə saç və tük topalarını və digər kiçik tullantıları çeşidləyərək filtr üzərində toplanmağa imkan vermir. 

Beləliklə, Anti-Tangle turbini sayəsində sovurma gücü daha uzun müddət dəyişməz olaraq qalır.  Belə ki, konteynerin dibində toplanan tullantıları asanlıqla təmizləmək olur. Bunun üçün sadəcə konteyneri çıxarıb zibil yeşiyinə boşaltmanız yetərlidir. Belə olduğu halda təmizlik zamanı əlləriniz də bulaşmadan təmiz qalacaq. 

Anti-Tangle turbinli Samsung tozsoranları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri