15 
Okt
2019
05:18
72
28
3489
Virtual karabakh

“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər

15 Okt, 2019
05:18
3489

“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir sıra ölkələrdə “Instagram” sosial şəbəkəsinin istifadəçiləri xidmətin işindəki nasazlıqlardan şikayət edirlər.

Bu barədə internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

Qeyd edilir ki, problemlər barədə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Danimarka və başqa ölkələrdən olan sosial şəbəkə istifadəçiləri bildiriblər. Problemlərdən həmçinin Rusiya sakinləri, əsasən Moskva və Sankt-Peterburqdan olan istifadəçilər də gileyləniblər.

"Downdetector"un məlumatına görə, istifadəçilərin əksəriyyəti (61%) xəbər lentindəki problemlərdən şikayət edirlər. Sosial şəbəkədən istifadə edənlərin daha 24%-i statusların yerləşdirilməsi problemləri ilə üzləşiblər. Daha 14% istifadəçi vebsaytla bağlı problemlərdən gileylənir. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri