21 
Okt
2019
12:50
20
55
3901
Virtual karabakh

“Expressbank”dan uğurlu gələcəyə dəstək!

21 Okt, 2019
12:50
3901

“Expressbank”dan uğurlu gələcəyə dəstək!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc nəslin hərtərəfli inkişafı, motivasiyası  və maarifləndirilməsi üçün mütəmadi olaraq müxtəlif KSM layihələri reallaşdıran “Expressbank” 19 oktyabrda 5 saylı “Asan xidmət” mərkəzində ASAN Könüllülük məktəbi və ASAN Könüllüləri Təşkilatının gənc üzvləri üçün “Uğurlu gələcəyə dəstək” adlı tədbir  keçirib. 

Görüşdə biznes mentor, işgüzar inkişaf yazarı Nadir Adilmanın iştirakı ilə 100-dək ASAN könüllüsünə yazıçının imzası olan kitab və Expresso kartının əldə olunması üçün hədiyyə kuponu təqdim edilib.

Yazıçı Nadir Adilman yaradıcılığının  əsas istiqamətlərindən, əsərlərin bədii xüsusiyyətlərindən söz açdı. Tədbirdə Expressbankın təlimçisi İT Təhlükəsizlik şöbəsinin müdiri Süleyman Xəlilov tərəfindən gənclər üçün rəqəmsal informasiya texnologiyaları mövzusunda təlim keçirilmiş, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin maraqlı məqamları ilə http://bit.ly/2W3sUCa  linkdən tanış ola bilərsiniz.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri