26 
Noy
2019
15:55
52
33
1683
Virtual karabakh

Azerbaijan Digital Hub proqramı startapların inkişafına töhfə verəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin Baş direktoru Fuad Allahverdiyev Bakıda keçirilmiş “StartupFest 2019” beynəlxalq festivalının rəsmi açılış mərasimində çıxış edib.

“Biznes sektorunda rəqəmsal transformasiya: İmkanlar və çətinliklər” adlı panel müzakirəsində çıxış edən Fuad Allahverdiyev özəl sektorda rəqəmsal transformasiya proseslərinin aparılması imkanları, xüsusilə ölkədə rəqəmsallaşma proseslərinə, startupların inkişafına “AzerTelecom” şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramının təsirləri barəsində danışıb.

Bildirilib ki, “Digital Hub” Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra edilən və 3 mühüm fazadan ibarət olan proqramdır və əsas məqsədi ölkə daxilində və xaricində dayanıqlı magistral infrastruktur quruculuğu, Bakının internet mübadilə mərkəzinə (IXP) çevrilməsi, ölkədə iri regional Data mərkəzin qurulması və son nəticədə rəqəmsal ekosistemin formalaşmasıdır.

Proqram çərçivəsində iri infrastruktur layihələrindən danışan Fuad Allahverdiyev hazırda Xəzər dənizinin dibi ilə Azərbaycan və Qazaxıstan arasında TransXəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi, bununla Avropa ilə Asiya arasında məhz Azərbaycandan keçəcək Rəqəmsal İpək Yolunun (Digital Silk Way) formalaşması və bu layihənin Azərbaycan, ümumilikdə isə regionun inkişafına verəcəyi imkanlardan bəhs edib.

Fuad Allahverdiyev “Digital Hub” proqramının iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyat quruculuğu proseslərinə töhfə verəcəyini bildirib. O ölkəmizdə startupların gələcək inkişafında “Digital Hub” proqramının roluna toxunub və qeyd edib ki, proqramın ən müxtəlif fazalarının icrası yeni startupların formalaşmasına və ümumilikdə startup eksositeminin inkişafına öz müsbət təsirini də göstərəcəkdir.

Qeyd edək ki, “AzerTelecom” şirkəti həmçinin “StartupFest2019” tədbirinə sponsor qismində dəstək olub. Bir neçə panel sessiyasından ibarət tədbirin biznes sektorunda rəqəmsal transformasiyaya həsr olunmuş ikinci sessiyası “AzerTelecom” şirkətinin strategiya üzrə müşaviri Azər Bayramovun moderatorluğu ilə keçirilib.

"StartupFest 2019" Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

“AzerTelecom” – Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir.

“AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub (ADH) proqramını icra edir.

Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri