29 
Noy
2019
04:53
10
47
1696
yuxarı
Mütəxəssislər “Facebook”un proqram təminatında olan nasazlığı aradan qaldırmağa çalışırlar
“Facebook” işçiləri hesab edirlər ki, sosial şəbəkənin və digər tətbiqlərin işindəki nöqsanların səbəbi proqram təminatında olan nasazlıq idi, hal-hazırda proqramın tam bərpası üçün iş gedir. Bu barədə TASS-a “Facebook” nümayəndələri bildiriblər.
“Bu gün, mərkəzi proqram sistemlərimizdən birində yaranan problem səbəbindən bir çox insan “Facebook” tətbiqlərinə daxil olmaqda çətinlik çəkib. Dərhal analiz apardıq, girişi təmin etməyə başladıq, indi tam bərpa üzrə işləyirik. Narahatçılığa görə üzr istəyirik", - deyə şirkətdə qeyd ediblər.
“Downdetector” saytının məlumatına görə, gün ərzində dünyanın müxtəlif ölkələrində “Instagram” və “Facebook” istifadəçiləri nasazlıqlar haqqında xəbər veriblər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İKT xəbərləri
12 
Dek
2019
13:54
“Instagram”da bağlı profilləri “qıran” tətbiq yenidən təqdim edilib - FOTO
28
100
4723
12 
Dek
2019
10:00
“Galaxy A” məhsul xəttinin yeni təmsilçiləri - “Galaxy A20s” və “Galaxy A30s”
18
35
1653