Dek
2019
17:54
38
41
3360
Virtual karabakh

“CinemaPlus” “Bakutel-2019”da 4DX Cinema texnologiyasını təqdim edir - VİDEO

4 Dek, 2019
17:54
3360

“CinemaPlus” “Bakutel-2019”da 4DX Cinema texnologiyasını təqdim edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünəndən start götürən XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019”də, hər il olduğu kimi, bu il də bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub.

23 ölkədən 238 şirkətin iştirak etdiyi yubiley sərgisinin ən çox ziyarət olunan stendlərindən bir də “CinemaPlus”a aiddir. Sərgidə ilk dəfə iştirak etməsinə baxmayaraq, “CinemaPlus”un müştəriləri üçün təklif etdiyi ən son 4DX texnologiyası sayəsində siz tezliklə baxdığınız hər hansı filimdə yağış, qar, tüstü və müxtəlif qoxuları elə kino qəhrəmanı kimi hiss edib, həmin həyəcanlı anları yaşaya biləcəksiniz.

Kinoteatrlar şəbəkəsinin müşahidə şurasının üzvü Zaur Darabzadə “CinemaPlus”un sərgidə iştirakı ilə bağlı duyğularını dilə gətirib:

“Bu texnologiya bizim yeni yaradılan “Dəniz Mall” ticarət mərkəzindəki  kinoteatrımızda olacaq. Əgər burada “Tarzan” filminə baxırsınızsa, həmin filmdəki meşənin, otların qoxusunu hiss edə biləcəksiniz”.

Həyəcanı ən az filmlər qədər sevən hər kəs yolunu “CinemaPlus”dan salsın.

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri