11 
Dek
2019
15:11
37
72
1626
Virtual karabakh

Ramin Quluzadə: Nazirlik qurumların statistik bazaya inteqrasiyasına dəstək verir

11 Dek, 2019
15:11
1626

Ramin Quluzadə: Nazirlik qurumların statistik bazaya inteqrasiyasına dəstək verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrihəcmli məlumatların rəsmi-statistik məlumatlar kimi istifadə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib. 

O bildirib ki, informasiya cəmiyyətinin dəqiq dəyərləndirilməsi, çevik idarəetmənin tətbiqi üçün dolğun statistik məlumatlara ehtiyac var:

“Məhz bu məlumatlar əsasında yeni sosial-iqtisadi kurs müəyyən olunur. Bu gün keçirilən konfransın Azərbaycan Dövlət Statistika Komitəsi ilə Koreya Dövlət Statistika Komitəsi (KOSTAT) arasında birgə təşkili onun əhəmiyyətini daha da artırır. Dövlət Statistika Komitəsi müxtəlif sahələrin informasiya təminatında olduqca aparıcı rol oynayır. 

R.Quluzadənin sözlərinə görə, qurum tərəfindən hazırlanan “Azərbaycanda informasiya cəmiyyəti”, “Azərbaycanda telekommunikasiya və poçt” nəqliyyat-statistik nümunələri böyük əhəmiyyət kəsb edir:

“Qeyd edilən məlumatların ingilis dilində də dərc edilməsi bu sahədə əldə edilən nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasına şərait yaradır.

Rəqəmsallaşdırma erasını statistik informasiyanın idarə olunmasında müasir texnologiyaların dəstəyi olmadan təsəvvür etmək olmaz. 

İnformasiya texnologiyaları statistik informasiyanın idarə olunmasının bütün mərhələlərində - toplanma, emal və yayılma prosesində tətbiq olunur və Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyi bu prosesdə aktiv iştirak edir.

Tərəfimizdən dövlət qurumlarının məlumat bazalarının Statistika Komitəsinin statistik bazasına inteqrasiyasına dəstək verilir. Hökumət kompüterlərə lisenziyalı “Windows” əməliyyat sistemi, “Microfsoft Office” proqramları ilə təmin edib.

Həmçinin, hökumətin keçid planında Dövlət Statistika Komitəsinin informasiya sistemlərinin Nazirliyin data mərkəzində yerləşdirilməsi nəzərdə tutulub”.

Nazir onu da əlavə edib ki, son illər digər qurumlarda olduğu kimi, statistika qurumlarında da irihəcmli məlumatlara böyük maraq göstərilir:

“BMT-nin 2014-cü ildə irihəcmli məlumatların rəsmi statistikada istifadə olunma imkanlarının artırılması üçün konfranslar təşkil olunub. Beynəlxalq telekommunikasiya ittifaqı, informasiya cəmiyyətinin ölçülməsində irihəcmli məlumatlar adlı layihə həyata keçirir. Sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə işlər görülür.

Prezidentin sərəncamı ilə təsdiq edilmiş 2018-2025-ci illərdə “Azərbaycan Respublikasında  statistikanın rəsmi inkişafına” dair dövlət proqramında da irihəcmli məlumatların rəsmi statistik məlumatlar kimi istifadə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulub. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də əsas icraçılar sırasındadır. İrihəcmli məlumatların rəsmi statistika üçün  istifadəsinə görə hüquqi, texniki, metodoloji addımlar atılmalıdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri