12 
Dek
2019
10:00
19
37
1875
Virtual karabakh

“Galaxy A” məhsul xəttinin yeni təmsilçiləri - “Galaxy A20s” və “Galaxy A30s”

2019-cu ilin uğurlu xətti olan “Galaxy A”nın təqdimatından sonra Samsung sözügedən məhsul xəttinin “Galaxy A20s” və “Galaxy A30s” kimi daha iki smartfonunu təqdim edib. Smartfonlar şirkətin “3D Glasstic”  adlandırdığı dizaynda ərsəyə gətirilib. Burada cihazların korpusu premium şüşə örtüyünü imitasiya edən hamarlanmış plastikdən ibarətdir. 

Belə ki,  “Galaxy A20s” müxtəlif rənglərdə təmsil olunur və korpusu parıltılı örtüyə malikdir. “A20s” modelində olduğu  kimi, “Galaxy A30s” də, bir neçə rəng çalarında təklif olunub, korpusu xüsusi rəngdən-rəngə keçid edən holoqrafik effektli naxışa malikdir. Hər iki smartfon incə dizayn, korpusun “dəyirmi” bucaqları və erqonomik forması ilə seçilir.

Bütün seriyada olduğu kimi, burada da ekran korpusun ön tərəfinin böyük hissəsini tutaraq 85%-dan artığını təşkil edir. İncə çərçivə ilə haşiyəyə alınmış Infinity-V  displeyində sadəcə bir ədəd frontal kameranın yerləşdiyi V-şəkilli çıxıntı nəzərdə tutulmuşdur. Ekranları biri birindən fərqləndirən yeganə amil “Galaxy A30s”in HD+ Super AMOLED displeyi ilə, “Galaxy A20s” isə adi IPS LCD ekran ilə təchiz olunmasıdır.

Smartfon korpuslarının arxa hissəsində onların zərif və premium görünüşlərini tamamlayan səliqəli “flash”-dən əlavə üçlü kamera da yer almışdır. Belə ki, “Galaxy A20s”in “üçlüyü” 13 MP-lik əsas, 120˚ bucaqlı 8 MP-lik ultra-geniş və 5 MP dərinlik sensorlu obyektivdən ibarətdir.

Burada “Galaxy A30s” üçlü kamerasının əsas fərqi yalnız 25 MP əsas və 123˚ ultra-geniş obyektivdədir. Sözügedən hər üç kamera yüksək keyfiyyətli çəkim prossesini təmin edərək, bir sıra bədii effektdən istifadə imkanı yaradır.

Beləliklə, burada təmsil olunmuş ultra geniş bucaqlı obyektivlər  adi fotoşəkillərdən kənara çıxmağa və hətta, yaxın məsafədən belə, kadrı bütövlüklə əks etdirməyə imkan yaradır. Dərinlik sensoru ilə təchiz edilmiş 5 MP kamera isə, həm çəkilişdən əvvəl, həm də sonra təsvir dərinliyini tənzimləməyə kömək edir.

Hər iki smartfon güclü 8 nüvəli prosessor ilə təchiz olunmuş, 3GB və 4 GB operativ yaddaşla təchiz olunmuş iki versiyada satışa çıxarılmışdır. Həmçinin, indi  sizin daha az məlumatı silərək, daha çox informasiyanı yaddaşda saxlamaq imkanınız var, belə ki, 32 GB-lıq (hər iki cihazda versiyasından asılı olaraq həm də 64 GB-lıq) daxili yaddaşı MicroSD kart vasitəsi ilə 512 GB qədər artırmaq mümkündür.

Əlavə olaraq, həm “Galaxy A20s”, həm də “Galaxy A30s” dinamik həyatınızın ritminə uyğun yaşamağa kömək edəcək, 15 Vt gücünə malik sürətli yükləməni dəstəkləyən, 4000 mAh həcmi olan akkumulyator ilə təchiz olunublar. 

 Smartfonlar iki növ audentifikasiya ilə təchiz edilib ki, daktiloskopik skaner ilə yanaşı, burada “Face recognition” funksiyası da dəstəklənir.  “Galaxy A20s”, arxa panel üzərində yerləşən barmaq izi skaneri ilə təchiz olunmuşdur ki, bu da multitask rejimində əməliyyatların dayandırmadan istənilən saytlara tez və asan giriş etməyə və tətbiqlərə bir toxunuşla daxil olmağa imkan yaradır.

“Galaxy A30s” isə birbaşa cihazın displeyində yerləşən daktiloskopik skaner ilə təchiz olunmuşdur ki, bununla da siz heç bir əlavə səy göstərmədən smartfonunuzun kilidini asanlıqla aça bilərsiniz. 

“Galaxy A” seriyasının hər iki yeni təmsilçisi incə dizayn və multifunksionallığı ilə seçilir. Smartfonlar həm boş vaxtınızı rahat keçirməyə, həm də iş qrafikinizi tam təşkil etməyə imkan yaradır. 

“Galaxy A” xəttinin yeni smartfonları haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World-Telecom” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri