13 
Dek
2019
19:18
64
18
3000
Virtual karabakh

“Microsoft” “Windows”un yeni dizaynını təqdim edib

13 Dek, 2019
19:18
3000

“Microsoft” “Windows”un yeni dizaynını təqdim edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft” şirkəti “Windows”un yeni dizayn-konsepsiyasını təqdim edib.

Yeni loqotiplər arasında social şəbəkə istifadəçiləri əməliyyat sisteminin yeni loqosunu da görə biliblər.

“Microsoft Design”ın yeni təqdimatında onlarla yeni loqotiplər var. Onların içində “Word”, “Excel”, “Power Point” və başqaları da var. Yeni konsepsiyaya görə, loqotiplər səthi deyil, həcmli görünüşə malikdirlər.

Şirkət əməliyyat sisteminin loqotipinə xüsusi vurğu ilə yanaşmasa da, diqqətli istifadəçilər onu müşahidə edə biliblər. Görüntüyə görə, seqmentləri bir-birindən ayıran ağ rəngli xaç indi mərkəzdə yox, küncdə yerləşir.

Şirkətin fikrincə yeni görünüşünə görə hazırda əməliyyat sistemi daha dinamik görünür.

Hələlik yeni dizaynın nə vaxt istifadəyə veriləcəyi məlum deyil. Ekspertlər bunun 2020-ci ildə ola biləcəyini ehtimal edirlər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri