14 
Dek
2019
10:00
27
13
2443
Virtual karabakh

QLED 8К - incə tərtibatda yüksək keyfiyyətli görüntü

14 Dek, 2019
10:00
2443

QLED 8К - incə tərtibatda yüksək keyfiyyətli görüntü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir televizorlar ən yüksək keyfiyyətli təsviri ötürməyə qadirdir, bu isə daha parlaq və daha dəqiq görüntü deməkdir. Lakin, “Samsung”un “QLED” texnologiyası ilə təchiz olunmuş yeni “8K” seriyası sayəsində ekrandan izlədiyiniz görüntü canlanaraq daha təbii təsvirdən zövq almanıza imkan yaradır.

Beləliklə, sözügedən yeni televizorlar  “8K” keyfiyyətli təsviri yayımlamağa qadirdir. Belə ki, qeyd edilən bu cihazların ekranında “4K” keyfiyyətli görüntü ötürən televizorlarla müqayisədə 4 dəfə daha çox piksel ifadə edilir. Belə olduğu halda, əgər “4K” üçün bu 3840 × 2160 pikselli icazə deməkdirsə, “8K” seriyasında bu göstərici 7680 × 4320 piksel təşkil edir.

Daha çox piksel daha çox nano nöqtələrin ekranda ötürülən təsvirin incə çalarlarının ifadə etməsi sayəsində dəqiq görüntünün yayımlaması deməkdir. “QLED 8K” daha canlı görüntü yayımlamaqla yanaşı, müxtəlif mənbələrdən ötürülən və istənilən keyfiyyətdə təqdim edilən görüntünü “8K” keyfiyyətinə yaxın təsvirə çevirə bilir.

Süni zəka üzərindən işləyən xüsusi Quantum prosessor, real vaxt çərçivəsində, hər səhnədə ayrı ayrılıqda ötürülən təsvirin keyfiyyətini artırmağa kömək edir. Ötürülən siqnalı “oxuyaraq” prosessor onu üç addıma yaxşılaşdırır.

İlkin mərhələdə “ağıllı maşın” ümumi fonu əsas təsvirdən ayıraraq, təqdim edilən siqnalı diaqonala uyğun şəkildə uzadır və görüntünün üçfəzalı təəssürat bağışlaması üçün çatışmayan pikselləri avtomatik əlavə edir. 

Həmçinin, “LED 8К HDR 10+” texnologiyasını dəstəkləyir ki, onun sayəsində süni zəka optimal rəng ötürmə göstəricilərini tənzimləyərək, təzadlıq və dəqiqliyi hər kadra uyğun şəkildə seçir.

Diaqonalı 98  təşkil edən modellərdə isə maksimal parlaqlıq rekord göstərici olan 4000 nits-ə qədər çatır! Beləliklə, ötürülən səhnənin parlaqlığından asılı olmayaraq, izləyici hər bir xırda detaldan zövq ala bilir. 

Bundan əlavə, “QLED 8K” Ultra Viewing Angle texnologiyası sayəsində daha da geniş görüntü bucağı təqdim edir. Ekranın ikiqat  örtüyü işığı düzgün istiqamətə yönəltməklə yanaşı, bərabər şəkildə displey üzərində paylaşdıraraq onun itkisini minimuma endirir. 

Müasir və qabaqcıl texnologiyaların təcəssümü olmasına baxmayaraq, yeni “QLED 8K” televizorları sadə qara haşiyəyə alınmış böyük ekran və yanlarda quraşdırılmış incə dayaqlarla  ifadə olunan  minimalistik üslubda ərsəyə gətirilmişdir. Əlavə olaraq mühəndislər burada “One Connect” görünməz qoşulmasını da tətbiq edibər.

İndi televizor qoşulmalarının hər biri cihazla xüsusi paylayıcıya qoşulan tək naqil vasitəsi ilə əlaqə yaradır. Beləliklə, televizora nə qədər əlavə cihaz qoşmağınızdan asılı olmayaraq, dolaşıq kabel problemi yaşamadan, onları asanlıqla bir rəfə və ya dolaba gizlədə bilərsiniz.


 

Sonda qeyd etmək olar ki, “No Wall Gap Mount”  xüsusi bərkitməsinin köməyi ilə, divara quraşdırılarkən televizor səthə tam montaj edilir. Adından da bilindiyi kimi, belə bir bərkitmə sayəsində vizual olaraq divar və televizor arasında heç bir ara məsafənin olmadığı və cihazın sanki divarın bir hissəsi olduğu təəssüratı yaranır.

Sözügedən bərkitmə ilə yanaşı, Samsung mühəndisləri televizoru istənilən məkanın dekorunda tamamilə “gizlətməyə” imkan verən xüsusi interyer rejimi də təklif edirlər. Ambient Mode rejimi sayəsində “QLED 8K” funksional video avadanlıq olması ilə yanaşı, həm də interyerinizin zövqlü bəzəyinə çevrilir. Bu rejimdə televizor divar naxışlarına uyğunlaşaraq ekranda saat və hava proqnozu kimi məlumatları əks etdirə və ya foto qalereya kimi fəaliyyət göstərə bilir.  

“Samsung QLED 8K” haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.az”, “Soliton”  və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri