16 
Dek
2019
13:02
22
8
1840
Virtual karabakh

CTF2019 müsabiqəsinin qalibləri müəyyən edildi - FOTO

14 dekabr tarixində HYATT REGENCY otelində CTF (Capture the flag) müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Müsabiqə çərçivəsində bütün ölkənin kibertəhlükəsizlik üzrə mütəxəssisləri öz güclərini sınaya bilərdilər. CTF formatı mütəxəssislərin kompüter sistemlərinə hücum və mühafizəsi üzrə bacarıq və səriştələrini qiymətləndirməyə imkan verirdi.

Tədbiri giriş sözü ilə açan AR NRYTN Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov müsabiqənin informasiya təhlükəsizliyinin inkişafı üçün əhəmiyyətini və bu sahədə mütəxəssislərin sayının artmasını qeyd etdi.

Müsabiqənin təşəbbüskarları olan SmartIT və SolidLab şirkəti rəhbərləri olan Qurban Zeynalov və Andrey Petuxov şəxsində müsabiqə iştirakçılarının həm kəmiyyət həm də keyfiyyət baxımdan artdığını, yaxşı hazırlıq səviyyələrinin olmasını vurğulayaraq daha böyük nailiyyətlər əldə etmələrini tövsiyyə etmişlər.

İştirakçılara informasiya təhlükəsizliyi məsələlrinə həsr edilmiş əhatəli master-klass keçirilmişdir.

Müsabiqənin tərəfdaşı Gulfstream Distribution şirkətininin məruzəsində şirkətin məhsul portfeli və xüsusilə də kiber təhlükəsizlik həlləri, həmçinin Cisco ISE həllinin xüsusiyyətləri və faydaları barədə məlumat verilmişdir. Kibertəhlükəsizliyin aktual mövzularına dair aktiv müzakirələr, fikir və həlli yolları mübadiləsi aparılmışdır.

Müsabiqədə 60 artıq komanda iştirak etmiş və nəticədə üçüncü yerin sahibi n0b0dy komandası, ikinci yerin sahibi SecX komandası, birinci yerə isə n0_pwn1c komandası sahib olmuşdur. Qaliblər rəsmi diplom ilə birlikdə müsabiqənin mükafat fondu olan 6000 AZN məbləğini aralarında bölüşdülər.

Artıq ardıcıl üç il keçirilən tədbir nəinki ölkədə olan ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi və qeyd edilməsinə yardım edəcəkdir, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyi olacaqdır.

Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiber-insidentlərin qarşısının alınması üzrə həllər təqdim edən SmartIT (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan Solidlab (www.solidlab.ru) şirkətləridir.

Müsabiqənin gümüş tərəfdaşı BAKOTECH (https://bakotech.com) şirkətidir.

Müsabiqənin bürünc tərəfdaşı GULFSTREAM DISTRIBUTION (www.gulfstream.az) şirkətidir.

Müsabiqəyə rəsmi dəstəyini AR NRYTN Elektron Təhlükəsizlik Mərkəzi CERT (www.cert.az) göstərir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri