17 
Dek
2019
13:38
62
17
3097
Virtual karabakh

“Huawei” beş fotomodullu “Nova 5T” smartfonunu təqdim etdi

17 Dek, 2019
13:38
3097

“Huawei” beş fotomodullu “Nova 5T” smartfonunu təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 14-ü, “Baku Electronics” mağazalar şəbəkəsinin Nərimanov filialında “Huaweı” şirkəti intellektual prosessor, futuristik dizayn və 32 MP selfi kamerası ilə təchiz olunan yeni “Huaweı nova 5T” smartfonunu təqdim etdi. Müasir dizayn və innovativ funksiyalar yüksək rahatlıq səviyyəsini, HDR+ dinamik diapazonun genişləndirilməsi texnologiyası ilə təkmilləşdirilmiş kameralar isə hətta aşağı işıqlandırma səviyyəsində belə aydın portret və selfilər çəkməyə imkan verir. 

“Huaweı nova 5T” Süni İntellektin aparat dəstəyi ilə Kirin 980 prosessorunun bazasında qurulub və 8 GB operativ yaddaşa malikdir. EMUI 9.1 əməliyyat sistemi ilə birlikdə bu, daha bahalı qurğularda olan interfeysin hərəkət sürəti və reaksiya axarlığını təmin edir. 

22,5 Vt gücü ilə “Huaweı” SuperCharge sürətli enerji yığma funksiyası batareya enerjisinin sürətlə dolmasına imkan verir, oyun qrafikasının GPU Turbo 3.0 optimallaşdırılması texnologiyası isə cihazın aparat imkanlarından  maksimal istifadəyə, videonun yüksək keyfiyyətdə rəvan şəkildə canlandırılması və rahat oyun təcrübəsinə zəmanət verir. 

“Huaweı nova 5T” — yaşadığı anları sosial şəbəkələrdə dostları və tanışları ilə paylaşmaq istəyənlər, həmçinin keyfiyyətli qrafika ilə mobil video oyunları sevənlər üçün yaxşı seçimdir. Hər biri müəyyən vəziyyətdə çəkilişə görə cavabdeh olan 5 xüsusi fotomodulu sayəsində smartfon keyfiyyətli şəkil və videoçarxların yaradılması üçün geniş imkanlar açır. 

Aktual dizayn

“Huaweı nova 5T” korpusu çoxtəbəqəli holoqraf 3D effekti yaradan xüsusi teksturalı örtüyə malikdir. Azərbaycanda smartfon üç rəngdə - qara, mavi və bənövşəyi – təqdim olundu. Yeni bənövşəyi çalar korpusun arxasında model loqotipi şəklində xüsusi oymaya malikdir. Bu oyma işıqda rəngdən –rəngə çalır və parlaq rənglərlə parıldayır.  

Smartfon 6,26 düym diaqonallı FullView  displeyi və ön kameranın altında dairəvi kəsimlə təmin olunub. Ekranın böyük olmağına baxmayaraq cihaz 174 qram çəkiyə malikdir, korpusun qalınlığı isə cəmi 7,87 mm təşkil edir.

Keyfiyyətli şəkil və video çəkilişi üçün geniş imkanlar 

“Huaweı nova 5T” çəkilişlərə intellektual düzəliş funksiyaları ilə foto və video kamera üstünlüklərini özündə birləşdirir, bu isə ən çətin vəziyyətlərdə belə uğurla kadrlara zəmanət verir. “Huaweı nova 5T” 32 MP ön  kamerası ən xırda detalları saxlayaraq aydın çəkilişlərə imkan verir. 

Smartfonun əsas kamerası dörd moduldan ibarətdir: yüksək icazəyə malik çəkilişlər üçün kamera, ultra geniş obyektiv, makroçəkiliş üçün modul və arxa fonun bulanıq effekti ilə portret çəkilişi üçün obyektiv. Onlar sayəsində “Huaweı nova 5T”  geniş peyzajlardan iri planlar və portretlərədək istənilən janrda keyfiyyətli çəkilişlərə imkan verir. 

Smartfon Süni İntellekt əsasında şəklin semantik seqmentasiya və optimallaşdırılması texnologiyası ilə təchiz olunub. Yüksək icazəli 48 MP modulu, 16 MP geniş bucaqlı modul, 2 MP makromodul və səhnənin dərinliyinin müəyyən edilməsi üçün 2 MP modulla birlikdə bu texnologiya şəklin müxtəlif işıqlandırma şəraitində dəqiq və təfsilatlı canlandırılmasını təmin edir. İntellektual alqoritmlərdən istifadə edən təsvirin sabitləşdirilməsi (AIS), ekspozisiyanın (AEL) və fokusun (AFL) avtomatik bloklanması funksiyaları, həmçinin avtomatik video redaktoru mövcuddur.

EMUI 9.1: rahat istifadəçi təcrübəsi üçün Süni İntellekt

Yeni “Huaweı nova 5T” smartfonu cihazın gündəlik istifadəsi zamanı yüksək sürətli hərəkət və rahatlıq səviyyəsini təmin edən EMUI 9.1 interfeysi ilə təchiz olunub. “Huaweı” tərəfindən işlənib hazırlanmış  EROFS fayl sistemi orta oxuma surətini 20% artırır, bu isə daxili yaddaş həcminin azaldılması hesabına sistem fayllarının saxlanılması üçün yerə qənaət etməyə imkan verir. Sistem cihazın müdafiəsini artıraraq faylları “yalnız oxuma” formatına çevirməyə imkan verir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri