27 
Dek
2019
10:00
14
28
3127
Virtual karabakh

“Galaxy Watch Active 2”: istənilən tərzə uyğun “ağıllı” aksessuar - FOTO

27 Dek, 2019
10:00
3127

“Galaxy Watch Active 2”: istənilən tərzə uyğun “ağıllı” aksessuar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Galaxy Watch Active 2”, nəinki üzərində vaxtı əks etdirən, həm də fiziki aktivliyi izləməyə imkan yaradan və bəzi hallarda hətta smartfonu belə əvəz edə bilən tam funksional kommunikator rolunu oynayan “Samsung”un təqdim etdiyi, ağıllı bir saatdır.

Cihaz mexaniki saatın xüsusiyyətlərini tamamilə təkrarlayır, belə ki, bu oxşarlıq “Galaxy Watch”ın dəyirmi formasında, klassik siferblatında, düymələrində və hətta kəmər dizaynında əks olunur.  Saat alüminium və ya paslanmayan poladdan istehsal edilmiş korpusda, gümüş, qara və ya qızılı rənglərdə təqdim edilib.

Həmçinin, seçiminizi 44 mm və 40 mm-lik modellər arasında edə bilərsiniz. Belə ki, seçim edərkən yalnız fərdi istəklərinizə əsaslanmanızı tövsiyə edirik, çünki, fərqli ölçüyə malik saatların ekranları və interfeysi eynidir və onların istifadəsi çox rahatdır.

Beləliklə, alüminium korpuslu modeldə silikon, paslanmayan poladdan olan korpuslu modeldə isə dəri kəmər nəzərdə tutulub. Əlavə olaraq siferblatı özünüzə uyğun tərzdə tənzimləmək imkanı da mövcuddur. Belə ki, “My Style Watchface”nin köməyi ilə, siz sadəcə geyiminizin fotosunu çəkərək, qeyd edilən tərzə uyğun yaradılmış çalarlardan birini seçə bilərsiniz. 

“Ağıllı” saat əlavə elementlər tələb etməyən minimalist bir dizaynda ərsəyə gətirilmişdir. Burada axarı korpus, incə çərçivə ilə haşiyəyə alınaraq yenilənən displeylə tamamlanmışdır.  Qeyd edilən bu yenilik sayəsində cihaz daha çox işləmə sahəsi əldə etmişdir.

Beləliklə, indi 40 mm modellərdə ekran 1,2, 44 mm. modellərdə isə 1,4 mm. təşkil edərək, hər iki halda dəyişməz 360x360 piksel icazəyə malikdir. Qeyd edək ki, smart saat parlaq və rəngarəng “SuperAMOLED” ekranı ilə təchiz olub ki, burada parlaqlığın avtomatik idarə edilməsi sayəsində, ekranda əks olunan məlumatların, hətta günəş işığında belə asanlıqla oxunması təmin edilir. 

“Galaxy Watch Active 2” modelini fərqləndirən əsas xüsusiyyətlərdən biri burada sensor tipli bezelin olmasıdır. Belə ki, cihaz üzərində saatla daha rahat işləməyə kömək edən və parametrlər menyusunda asanlıqla hərəkət etməyə imkan yaradan dairəvi idarə edici quraşdırılmışdır.

Sensorlu bezeli istədiyiniz anda ümumi tənzimləmələr siyahısından söndürə və ya aktiv edə bilərsiniz. Əlavə olaraq, “Galaxy Watch Active 2”in idarə edilməsinə siferblatın sağ tərəfində yerləşdirilmiş daha iki mexaniki düymə cavabdehdir. Sol tərəfə isə səsli zəngləri dəstəkləməyə imkan yaradan dinamik əlavə edilmişdir. 

Saat 1.15 GHz tezliyə malik ikinüvəli Exynos 9110 prosessorundan istifadə edir. Həmçinin burada, 768 MB operativ yaddaş və 4 GB daxili yaddaş da quraşdırılmışdır ki, bu da müvafiq olaraq istədiyiniz şəkil və ya musiqini birbaşa cihaza yükləməyə imkan yaradır. 

 

Sözügedən saat IP68 standartlarına uyğun su və toz keçirməməzliklə təchiz olunmuş, displey üzərində bərkidilmiş Corning Gorilla Glass DX +  tipli şüşə ilə örtülmüşdür. Əlavə olaraq, “ağıllı” saatla hətta suya dala biləcəyiniz qeyd edilir, belə ki, indi “Galaxy Watch Active 2”dən istənilən mühitdə istifadə etmək imkanınız olacaq, cihaz suyun 50 metrə (5 ATM) dərinliyinə qədər sudan “qorxmur”.

Bu məqam vacib bir amildir, çünki smart saatların əsas istifadə məqsədlərindən biri məhz fiziki aktivliyin izlənilməsidir.  Bu məqsədlə burada bir neçə sensor quraşdırılmışdır ki, buna misal olaraq sürətləndirmə sensoru, giroskop, barometr və ürək döyüntüsü sensorunu da qeyd etmək olar.

Beləliklə, saat, 39-dan çox idman növünü izləməyə imkan verir, onlardan yeddisi avtomatik aktivləşdirilir - qaçış, üzgüçülük, gəzinti, velosiped sürmək və digərləri. Burada yenilənmiş Running Coach funksiyası real vaxt rejimində sürəti müəyyənləşdirməyə və məşqlər üçün yeddi proqramdan birini seçməyə imkan verir. Əlavə olaraq, saat vasitəsi ilə siz yandırılmış kalori və sərf etdiyiniz vaxt barədə məlumatı da toplaya bilərsiniz.

Bundan əlavə, saat yuxu rejiminin analizatoru olan - Samsung Health ilə təchiz olunmuşdur ki, onun sayəsində yuxuya nə qədər zaman sərf etdiyinizi və yuxunuzun keyfiyyətini təyin etmək imkanınız olacaq. Həmçinin, burada stress səviyyəsini təyin edən funksiya da mövcuddur ki,  emosional vəziyyətinizdən asılı olaraq sizə xüsusi nəfəs məşqləri də təklif ediləcək.

“Galaxy Watch Active 2” rahat idarəetməsi, parlaq və rəngarəng bir ekranı olan saat, həm idman, həm də rəsmi üsluba uyğun olacaq səliqəli və incə dizayna malik cihazdır. Sözügedən bu “ağıllı” saat fiziki aktivliyinizə və sağlamlığınıza nəzarət etmək, musiqi dinləmək, zənglərə və mesajlara cavab vermək üçün tələb olunan sadə və yığcam interfeysdir.  

“Galaxy Watch Active 2” smart saatları haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri