Yan
2020
11:49
16
51
2630
Virtual karabakh

“İrşad Electronics”in hədiyyə karvanı Sahil qəsəbəsinə yollanır

8 Yan, 2020
11:49
2630

“İrşad Electronics”in hədiyyə karvanı Sahil qəsəbəsinə yollanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq ənənə halını alan “50 hədiyyə” aksiyasının növbəti ünvanı bəlli olub. 10 yanvar tarixindən etibarən “İrşad Electronics” yenilənmiş Sahil mağazasını müştərilərinin istifadəsinə təqdim edəcək. Yeni tərtibat üslubunda fəaliyyətə başlayan mağaza Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 77 ünvanında yerləşir. Rəsmi açılış ilə əlaqədar olaraq Sahil mağazasını ziyarət edəcək müştərilər üçün hədiyyəli aksiya təşkil edilir.

Belə ki, 10 yanvar tarixində Sahil mağazasında həm nağd, həm də hissə-hissə ödəmə şərti ilə 200 manat məbləğində alış-veriş edən müştərilər dəyəri 1000 manatadək olan 50 hədiyyədən birini əldə edə biləcəklər. Hədiyyələr sırasına mobil telefonlar, soyuducu, paltaryuyan, TV, soba, tozsovuran və s. kimi qiymətli avadanlıqlar daxildir. Hədiyyələrin sayı məhdud olduğu üçün qeyd edilən şərtlərə uyğun olan ilk 50 müştəri bu şansdan yararlana biləcək.      

Bundan əlavə, 10 yanvardan 31 yanvaradək yeni Sahil mağazasının açılışı münasibətilə müştərilər bütün məhsulları ilkin ödənişsiz, faizsiz və komissiyasız olmaqla 18 ayadək hissə-hissə ödəmə şərti ilə əldə edə bilərlər. Nağd alış zamanı müştərilərə 40%-dək endirimlər təqdim edilir. 

“İrşad electronics” 2019-cu ildən başlayaraq xidmət şəbəkəsini genişləndirməklə yanaşı, mağazaların interyer dizaynlarını da müasir standartlara uyğun yeniləyir. 5 yanvar 2020-ci il tarixində növbəti yeni Qəbələ mağazası artıq müştərilərin istifadəsinə verilib.

Həyata keçirilən işlərin məqsədi müştərilərə göstərilən xidmət keyfiyyətinin səviyyəsini qaldırmaq və daha əlçatan olmaqdır. Hazırda, Azərbaycanda 30 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan iyirmi biri Bakıda, biri Masazırda, biri Xırdalanda, digərləri isə regionlarda yerləşir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri