14 
Yan
2020
10:09
20
72
4533
Virtual karabakh

“Windows 7” istifadə edənlərə BƏD XƏBƏR

14 Yan, 2020
10:09
4533

“Windows 7” istifadə edənlərə BƏD XƏBƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft” şirkəti bu gündən “Windows 7” əməliyyat sisteminə dəstəyini dayandırır.

RBK xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

“Windows 7”yə olan dəstəyin dayandırılmasından sonra proqram işləməyə davam edəcək, lakin “Microsoft” texniki dəstək, proqram və təhlükəsizlik yeniləmələrini həyata keçirməyəcək.

“Microsoft” xəbərdarlıq edir ki, proqram təminatı və təhlükəsizlik yeniləmələri olmadan kompüterinizdə virus və müxtəlif risklərin artması ehtimalı var.

Şirkət istifadəçilərin təhlükəsizliyini nəzərə alaraq xəbərdarlıq edir ki, yaşı üç ildən az olan kompüterlər “Windows 10” sisteminə keçid etsinlər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri