24 
Yan
2020
10:53
37
51
3924
Virtual karabakh

Beş ən yaxşı Çin smartfonu – Bu gün alsanız, uduzmazsınız

Builki Çin Yeni ilini siz də çox sevəcək və qeyd etməyə tələsəcəksiniz. Çünki Kontakt Home Çin Yeni ili üçün əjdaha təkliflər hazırlayıb.

Deməli, Kontakt Home-un bütün mağazaları 24, 25, 26 yanvar tarixlərində Xiaomi, Huawei və digər Çin brendlərinin məhsullarını xüsusi kampaniyaya daxil edib. İstədiyiniz smartfon, saat, qulaqlıq, kamera yaxud poverbankı ilkin ödənişsiz, faizsiz və 18 ayadək hissə-hissə ödəmə şərtləri ilə əldə edə biləcəksiniz.

İndi isə keçək mətləbə. Beləliklə, hər qiymət seqmentindən bir smartfona yer ayırdığımız TOP 5!

1. Xiaomi Redmi 8A 

Bu smartfonun A sinfinə aid olan üstünlükləri təkcə adı və 299.99 AZN qiyməti ilə bitmir. Belə ki, Redmi 8A ilə “telefonum sönmüşdü” sözlərini lüğətinizdən çıxarmağa kömək edəcək. 5000 mAh batareya tutumu sayəsində gün ərzində bütün işlərinizi asanlıqla həll edə biləcəksiniz. Xiaomi 8A smartfonunu Kontakt Home mağazalarından ilkin ödənişsiz, faizsiz və ayda cəmi 16.70 AZN-ə əldə etməyə tələsin.

2. Huawei Y9 2019 edition

499.99 AZN-lik smartfonda gündəlik həyatda ehtiyacınız olacaq hər şey var. Deməli, Huawei Y9-in barmaq izi oxucusu, 2 SIM kart yeri, hər anı doyunca yaşamağa kömək edəcək güclü ön və əsas kameraları var. Smartfonun qara, mavi, hətta qırmızı rəng seçimləri belə var. Huawei Y9 2019 4GB/64GB smartfonu ilkin ödənişsiz, faizsiz və ayda cəmi 27.80 AZN-ə bütün “Kontakt Home” mağazalarında.

3. Xiaomi Mi A3

Bu qiymətə bu performans. 549.99 AZN-ə satılan Xiaomi Mi A3 ilk gündən performansı ilə sizi də təəccübləndirəcək. Belə ki, smartfon güclü batareyaya, 32 meqapiksellik ön kameraya, 48 mpx + 8 mpx + 2 mpx-lik əsas kameraya sahibdir. Əmin ola bilərsiniz, bu göstəricilərlə dostlarınız bütün selfiləri sizin çəkməyinizi istəyəcək.

Xiaomi Mi A3 smartfonu “Kontakt Home” mağazalarında ilkin ödənişsiz, faizsiz və ayda cəmi 30.60 AZN-ə təklif olunur.

4. Huawei P30 Lite

Çoxlu şəkil, selfilər çəkirsiniz, lakin telefonunuz yaddaşı sizi yarı yolda qoyur?

Cəmi 599.99 AZN-ə təklif olunan Huawei P30 Lite smartfonu 4GB/128GB yaddaş imkanları ilə istədiyiniz qədər şəkil, video, selfi çəkə biləcəksiniz. 32 meqapiksellik ön kamerası, 24 mpx + 8 mpx + 2 mpx-lik əsas kamerası da öz yerində. Huawei P30 Lite smartfonu “Kontakt Home” mağazalarında ilkin ödənişsiz, faizsiz və ayda cəmi 33.40 AZN-ə təklif olunur.

5. Huawei Nova 5T

Bu smartfonu bilərəkdən sona saxladıq. Necə deyərlər, desert həmişə seçilməlidir…

Huawei Nova 5T smartfonunun sadəcə əsas kamerasının göstəricilərini ifadə etmək üçün 22 simvola ehtiyacımız oldu: 48 mpx + 16 mpx + 2 mpx + 2 mpx 32 meqapiksellik ön kamera, güclü batareya və 6GB/128GB yaddaş imkanları ilə Huawei Nova 5T yeni smartfonunuz olmaq üçün iddialıdır. 999.99 AZN dəyərində smartfonu “Kontakt Home” mağazalarından ilkin ödənişsiz, faizsiz və ayda cəmi 55.60 AZN-ə əldə edə bilərsiniz. 

“Kontakt Home”un Çin Yeni ili üçün yaratdığı bu fürsətləri qaçırmaq olmaz! 24, 25 və ya 26 yanvar tarixlərində yolunuzu “Kontakt Home” mağazalarından salmağa tələsin. 

Məhsulları elə indi almaq istəyirsinizsə, vaxt itirmədən www.kontakt.az saytına keçin, günün sonunadək arzuladığınız ünvana çatdırılsın.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri