25 
Yan
2020
10:00
71
44
7164
Virtual karabakh

“Samsung”un yeni “Galaxy A” seriyası – A seriyası hələ belə olmamışdı!

25 Yan, 2020
10:00
7164

“Samsung”un yeni “Galaxy A” seriyası – A seriyası hələ belə olmamışdı!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin dekabr ayında “Samsung” hər kəsə Yeni il qabağı qeyri-adi sürpriz etmək qərarına gələrək, tamamilə yeni “Galaxy A” məhsul xəttini təqdim etdi. 

Model sırası üç cihaz ilə təmsil edilərək, “Galaxy A01”, “Galaxy A51”, “Galaxy A71” smartfonlarından ibarətdir. Təəccüblü deyil ki, məhsul xəttinin adında model sırasına xas olmayan “bir” rəqəmindən istifadə oluub.

Belə ki, yeni “Galaxy A” seriyası tam fərqli və müstəqil süjetə sahibdir. İlk növbədə smartfonlar korpuslarının “dördbucaq” forması ilə gözə çarparaq, öncəki modellərin yuvarlaq formalarından fərqlənir. Həmçinin, qeyd edilən məhsul xəttində istehsalçı Infinity “U” displeyindən imtina edərək, buna misal olaraq “Galaxy A51” və “Galaxy A71” modellərində “sərhədsiz” Infinity “O”, “Galaxy A01”də isə  Infinity “V” ekranından istifadə etdib.

Hər üç smartfon parlaq və rəngarəng, həmçinin olduqca yüngül plastik korpusla təchiz olunub. Əgər burada “Galaxy A51” və “Galaxy A71” səthi işıq şüaları altında əlvan rənglər ilə bərq vuran əyləncəli həndəsi naxışlarla fərqlənirsə, öz növbəsində “Galaxy A01nin korpusunun arxa hissəsi ultramodern mat və hamar monoliti ifadə edir.

Qeyd edək ki, məhsul xətti çərçivəsində istehsalçı tərəfindən edilmiş cihaz bölgüsü də olduqca maraqlıdır. Belə ki, burada “Galaxy A51” və “Galaxy A71” modelləri demək olar ki, eyni dizayn və funksiyalara malik olub, bir növ “böyük” və “kiçik” qardaşları xatırladırsa,  öz növbəsində “Galaxy A01”i bu seriyaya aid etmək bir o qədər çətindir.

Şirkət üçün olduqca xarakterik olmayan bu seçim sayəsində “Samsung” həm müasir texnologiyaları qiymətləndirən, həm də adi və sadə içliyə sahib olan mobil cihazları istifadə etməyə üstünlük verən alıcılarını sevindirə bildi.

Yuxarıda qeyd edildiyi kimi, “Galaxy A51” və “Galaxy A71”, müvafiq olaraq “6.5” və “6.7” ölçülü Full HD + “sərhədsiz” Infinity “O” ekranı ilə təchiz edilmişdir. Hər iki displeydə Super AMOLED texnologiyası təmsil olunub, lakin “Galaxy A71” smartfonunda “Plus” əlavəsi ilə fərqləndirilən bir qədər təkmilləşdirilmiş matrisa istifadə edilib.

İncə çərçivələr ilə haşiyəyə alınan və 2340 x 1080 piksel ölçüyə malik olan ekran üzərində, 32 MP kamera üçün nəzərdə tutulmuş yeganə “dairə” şəkilli oyuq mövcuddur ki, displeyin adı da bununla əlaqələndirilir. Həmçinin, optik daktiloskopik skanerdə burada, birbaşa ekranın altında yerləşdirilib ki, yeni skanerin yeri bir qədər displeyin orta hissəsinə keçirilərək daha rahat istifadəsi təmin edilib.

Yeni smartfon xəttinin kameraları cihazların ən maraqlı hissələrindən biridir. Belə ki, korpusun arxa hissəsində düzbucaq formalı səliqəli modulun üzərində dörd obyektivli kamera yerləşdirilib. 

Həmçinin, burada kameraların “L” şəkilli düzülüşü flaş ilə tamamlanıb. “Galaxy A51” və “Galaxy A71” modellərində istifadə olunan kamera dəsti demək olar ki eyni olub, yalnız əsas modulun göstəricisi ilə fərqlənir, belə ki, “Galaxy A51” modelində bu 48 MP, “Galaxy A71”də isə 64 MP icazəyə malik obyektivdir. İkinci kamera isə geniş formatlı fotoşəkillər yaratmaq üçün nəzərdə tutulmuş, 123 ° bucaqlı ultra geniş matrisa ilə təmsil olunub.

Kameranın intellektual bacarıqları sayəsində, o kadrda qeyd edilən səhnəyə uyğun olan ən optimal rejimi seçməyə kömək edə və ya sözügedən rejimi avtomatik aktivləşdirə bilər. Əlavə iki 5 MP obyektiv isə dərinlik sensoru və makro kamera ilə təmsil edilib. 

Burada birinci kamera arxa fonun yayılmasını tənzimləyə kömək edərək peşəkar portretlərin yaradılmasına, ikincisi isə təsvirdə ən xırda detalların belə nəzərə alınmasını təmin etməyə kömək edir.

Həmçinin smartfonlar hərəkət zamanı daha aydın videoların əldə edilməsi üçün Super Steady Video funksiyası ilə təchiz olunublar. Qeyd edilən funksiya super sabitləşdirməni təmin edərək, buna misal olaraq qaçış, gəzinti, velosiped və ya skeytbord sürərkən kamera titrəyişlərini aradan qaldıraraq istənilən anı ideal olaraq qeydə almağa kömək edir.

Əlavə olaraq qeyd etmək lazımdır ki, “Galaxy A51” iki versiyada: 4/64 və ya 6/128 QB, “Galaxy A71” bir versiyada: 6/128 QB yaddaş göstəriciləri ilə mövcuddur, həmçinin burada microSD vasitəsi ilə də saxlama sahəsinin 512 QB-da qədər artırılması dəstəklənir. 

“Galaxy A71” və “Galaxy A51” smartfonları müvafiq olaraq 4500 mAh və 4000 mAh tutumlu batareyaya sahib olub, gün ərzində cihazdan aktiv istifadəni təmin etməyə qadirdilər. Ayrıca smartfonlar 25 və 15 Vatt güclü sürətli yükləmə cihazı ilə də təchiz olunublar.

Yuxarıda qeyd edildiyi kimi, “Galaxy A01”, “Galaxy A” məhsul xəttinin digər iki smartfonundan tamamilə fərqlidir. O, 5 MP-lik selfie kamerası üçün nəzərdə tutulmuş V-şəkilli oyuğu olan, parlaq “5.7” HD + TFT ekran ilə təchiz olunub.

Cəmi 8.3 mm eni olan smartfon inanılmaz dərəcədə yüngül və nazikdir. Ayrıca smartfon güclü 8 nüvəli prosessor, 2 QB operativ və 16 QB daxili yaddaş ilə təchiz edilib. Həmçinin, buraya 3000 mAh tutumlu batareyanı da əlavə etsək, istifadə asanlığını və funksionallığı qiymətləndirənlər üçün mükəmməl telefon əldə etmiş oluruq.

Bundan əlavə, smartfon LED flash və ikili modullu kamera ilə təchiz edilib. 13 MP işıq güclü kamera həm parlaq, həm də zəif işıq şəraitində  rəngarəng və aydın fotoşəkillər əldə etməyə imkan yaradır. 2 MP-lik dərinlik kamerası isə ətraf fonu yumşaldaraq, əsas fonu ön plana çəkməyə kömək edir.

Qeyd etmək lazımdır ki, “Galaxy A01” modelində həm də One UI interfeysi dəstəklənir. Bu interfeys sayəsində, aparat və proqram təminatı bir-biri ilə tam uyğun şəkildə işləyir ki, istifadəçi telefonun məzmunundan və funksiyalarından tez və asanlıqla istifadə edə bilir.


Sözü gedən bu model buna misal olaraq, uşağınız üçün ilk smartfon qismində və ya yaşlı nəslin əvəzolunmaz köməkçisi kimi ideal cihazdır.

“Galaxy A” xəttinin yeni smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri