29 
Yan
2020
14:02
4
74
1870
Virtual karabakh

“Facebook” istifadəçilər barədə məlumatları başqa saytlardan toplayıb

29 Yan, 2020
14:02
1870

“Facebook” istifadəçilər barədə məlumatları başqa saytlardan toplayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” şirkəti sosial şəbəkə istifadəçiləri barədə məlumatları başqa saytlardan aldığını bildirib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Xəbərdə bildirilir ki, sosial şəbəkənin saytında “Facebook xaricində fəaliyyət” funksiyası tətbiq olunub.

Bu funksiya ilə digər saytlardan alınan məlumatları idarə etmək mümkündür.

“Facebook” xaricində fəaliyyət funksiyası ilə şirkətlər, təşkilatlar, qarşılıqlı əlaqələriniz, tətbiqlərdən istifadə və ya saytlara daxil olmağınız barədə məlumat alınır. Funksiya bu məlumatları “Facebook” kimi səhifələrə giriş zamanı bizimlə bölüşürlər”, - deyə şirkətin saytında bildirilir.

Qeyd olunur ki, şirkət bu məlumatları daha aktual reklam göstərmək, istifadəçini maraqlandıra biləcək qruplar, hadisələr, məhsullar tövsiyə etmək, şirkət və təşkilatlara saytlarının, tətbiqlərinin və ya reklamlarının effektivliyini ölçmək, şübhəli fəaliyyətləri müəyyənləşdirmək və “Facebook”u daha etibarlı etmək üçün toplayır.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri