30 
Yan
2020
10:30
22
69
7006
Virtual karabakh

Məişət texnikası və ya telefon almaq istəyirsinizsə, iki gün gözləyin

30 Yan, 2020
10:30
7006

Məişət texnikası və ya telefon almaq istəyirsinizsə, iki gün gözləyin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İrşad Electronics” mağazalarının açılışını gözləyənlər bu dəfə iki ünvanı yadda saxlamalı olacaqlar. Bakıda Ağa Nemətulla küçəsi, 42 ünvanında yerləşən “Nərimanov” metrostansiyası yaxınlığındakı mağazasının fevralın 1-də və Akademik Mirqasımov küçəsi, 10 ilə Azadlıq prospekti, 103 ünvanının kəsişməsində yerləşən “Azadlıq Rezidence” mağazasının isə fevralın 2-də rəsmi açılışı olacaq. 

Açılışı bir neçə kampaniya ilə müşayiət olunan mağazaların hər birinin ilk 50 müştərisi hədiyyə sevinci yaşayacaq. Bu şərtlə ki, yeni mağazadan 300 manatdan yuxarı alış-veriş etsinlər. Ödənişi nağd və ya hissə-hissə etməsindən asılı olmayaraq, mobil telefonlar, soyuducu, paltaryuyan maşın, TV, soba, tozsoran kimi dəyərli hədiyyələrdən birinə sahib olacaq.

Rəsmi açılışdan fevralın 29-dək mağazaların müştəriləri bütün məhsulları ilkin ödənişsiz, faizsiz və komissiyasız olaraq, 18 ayadək hissə-hissə ödəmə şərti ilə ala bilərlər. Müştərilərin nağd alışlarına 40%-dək endirim təqdim ediləcək.  

“İrşad Electronics” 2019-cu ildən mağazalarının konseptual dizaynını yeniləyərək, xidmət şəbəkəsini də  genişləndirməyə başlayıb. Yeni ilin ilk ayında Bakının Sahil qəsəbəsində və Qəbələdə yeni konsepsiyalı mağazalar “50 hədiyyə” kampaniyası ilə qapılarını müştərilərin üzünə açıb.

Hazırda bu mağazalarda yanvarın 31-dək alış-verişə sərfəli şərtlər (https://www.irtelecom.az/) davam edir. Mağazaların yenilənməsi və yeni mağazaların açılmasında məqsəd müştərilərə daha əlçatan olmaqla yanaşı, həm də xidmət səviyyəsini yüksəltməkdir. Yeni mağazalar da daxil olmaqla, “İrşad Electronics” ölkə üzrə 31 mağaza (https://www.irtelecom.az/az/shops/) ilə müştərilərin xidmətindədir. 

“İrşad Electronics” Samsung, HONOR və bir sıra başqa məşhur brendlərin Azərbaycanda rəsmi distribüteridir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri