18 
Fev
2020
16:39
25
56
2310
Virtual karabakh

“Azercell”dən Azərbaycan kinosənayesinin inkişafına dəstək

18 Fev, 2020
16:39
2310

“Azercell”dən Azərbaycan kinosənayesinin inkişafına dəstək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azercell Telekom” Beşinci Buktreyler Festivalının rəqəmsal tərəfdaşı qismində çıxış edir.

“Azercell Telekom” MMC ənənəvi olaraq 23 aprel - Beynəlxalq Kitab Günü ərəfəsində mütaliə mədəniyyətinin təbliği və kinemotoqrafiya sahəsinin inkişafı məqsədilə təşkil edilən Buktreyler Festivalının əsas tərəfdaşıdır.

Daima istedadlı və yaradıcı gənclərin dəstəyinə yönələn layihələrin və sosial təşəbbüslərin fəal iştirakçısı olan “Azercell” festival çərçivəsində xüsusi olaraq “Ən Yaxşı Mobil Buktreyler” nominasiyasını da elan edir.

Belə ki, mobil telefon vasitəsilə yerli müəlliflərin istənilən əsərinə çəkilən buktreylər şirkətin xüsusi münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və qalib “Azercell”dən 1000 AZN dəyərində pul mükafatı qazanacaq. 

Qeyd edək ki, Buktreyler Festivalı artıq dörd ildir ki, film sənayesində yeni simaların aşkar edilməsinə böyük töhfə verir. Festival kinoaktyor, prodüser Ruslan Sabirlinin təsisçiliyi altında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir.

“Kitabı tanıdın, kitabla tanının” sloqanı ilə keçirilən bu festival milli mədəni irsimizin qorunması, habelə Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması üçün əvəzolunmaz bir layihədir.

Yaşından asılı olmayaraq hər kəs festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçərək, yarışmada iştirak edə bilər.

Xatırladaq ki, Beşinci Buktreyler Festivalının birinci yer qalibi 1000 AZN, ikinci yer qalibləri 800 AZN və üçüncü yer qalibləri 500 AZN pul mükafatı ilə təltif olunacaqlar.

Qeyd edək ki, festival üzrə müraciətlərin qəbulu fevral ayının 2-dən başlayıb. Buktreylerlərin son qəbul tarixi 1 aprel, 2020-ci ildir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür: 

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Youtube: https://www.youtube.com/BooktrailerFest

Əlavə suallarla bağlı [email protected] email ünvanına müraciət etməyinizi xahiş edirik. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri