28 
Fev
2020
10:00
48
19
3122
Virtual karabakh

“Samsung”un yenilənmiş QLED TV seriyası: Daha yaxşı görüntü keyfiyyəti üçün yeni texnologiyalar - FOTO

28 Fev, 2020
10:00
3122

“Samsung”un yenilənmiş QLED TV seriyası: Daha yaxşı görüntü keyfiyyəti üçün yeni texnologiyalar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Samsung”un təqdim etdiyi yeni nəsil televizorların əsas fərqləndirici xüsusiyyətlərindən biri şirkətin öz istehsalı olan  - “Quantum Prosessor”dur. Süni zəka üzərindən işləyən prosessor, ötürülən siqnalın keyfiyyətini 4K və ya 8K icazəli görüntüyə qədər yaxşılaşdıraraq, ekranda göstərilən səhnənin xüsusiyyətlərindən və otağın işıqlandırma səviyyəsindən asılı olaraq televizorun parlaqlığını tənzimləyir və təsviri müşayiət edən səsi optimallaşdırır.

Beləliklə, burada prosessorun yerinə yetirdiyi iş, görüntünü tələb olunan icazə çərçivəsində “uzatmaqdan” daha mürəkkəbdir. Belə ki, süni zəka real vaxt çərçivəsində mənbə materialını təhlil edərək, təsvir daxilində yayılmaları azaldır, obyekt kənarlarını və  teksturalarını yenidən quraraq, bununla da görüntüyə daha çox detalın əlavə edilməsini təmin edir.

Buna misal olaraq, televizor nitqi fon səslərindən fərqləndirərək, tribunalardan yüksələn səs-küyü azaldır və matç zamanı şərhçinin bütün fikirlərini aydın şəkildə eşitmənizə kömək edir.

“Samsung” televizorlarınının ən son modellərində yüksək görüntü keyfiyyəti “Ultra Black Elite” adlanan, xüsusi parıltı əleyhinə örtük  sayəsində təmin edilir. “Ultra Black Elite”  ekran matrisası örtüyünün üzərinə istifadə edilimiş əks etdirmə bacarığının qarşısını alan elementlərdən ibarətdir.

Sadə dillə desək, yeni örtük xarici obyektlərin ekran üzərində əks olunmasına və görüntüyə müdaxilə etməsinə imkan vermir ki, nəticədə, siz, sadəcə, gözəl təsvirdən zövq ala bilirsiniz.

Burada əsas məqam ondan ibarətdir ki, ətraf mühitin işqlandırılma səviyyəsindən asılı olmayaraq, panel ideal qara rəng göstəricilərinin və digər rənglərin ötürülmə dəqiqiliyinin qorunub-saxlanmasını təmin edir. 

Qara rəngi müzakirə edərkən qeyd etmək lazımdır ki, QLED televizorları, sayəsində sözün əsl mənasında dərin və zəngin tünd tonlardan zövq ala biləcəyiniz “Quantum HDR” texnologiyasını dəstəkləyir.

Dinamik metadataya sahib olan texnologiya, görüntünü təhlil edərək, rəngin ötürülmə seçimlərinin, təsvirin istənilən hissəsinə uyğun ayrı ayırlıqda təzadlıq və dəqiqlik göstəricilərinin tənzimlənməsini  nəzərə alaraq, rəng diapazonunun ən incə detallarının belə ifadə olunmasını təmin edir.

Beləliklə, ötürülən səhnədə  həm qaranlıq, həm də işıqlı sahələr olsa belə, görüntünün istənilən detalından, hətta ən kiçiyindən belə, zövq ala biləcəksiniz. 

“Direct Full Array” sayəsində isə daha da geniş və inanılmaz detalizasiyaya sahib olacaqsınız.

“Direct Full Array” adlanan birbaşa işıqlandırma, ekranın bütöv sahəsini təhlil edərək, hər bir hissəsinin düzgün işıqlandırılmasını tənzimləyən, çoxsaylı seqmentdən ibarət matrisadır.

Sadə dildə desək, yeni texnologiya parlaq sahələrdə işıqlandırmanı artıran, qaranlıq sahələrdə isə azaldan, ekran arxasında yerləşən lampalardan ibarət toru xatırladır. Nəticədə, siz daha dərin çalarlar, daha az parlaq ləkələr və daha yüksək səviyyəli detalizasiya əldə edirsiniz.

Həmçinin burada mükəmməl görüntünün əldə edilməsinə “Ultra Viewing Angle” da kömək edir.

İndi keyfiyyətli təsvirdən zövq almanız üçün bir başa televizor qarşısında əyləşməniz tələb olunmur, belə ki, yeni texnologiya baxış bucağından asılı olmayaraq mükəmməl görüntü təmin etməyə qadirdir. Daha geniş baxış bucağı, burada ekran paneli üzərində tətbiq olunmuş iki əlavə qat sayəsində əldə edilir. Birinci növbədə bu intensivliyi və fokusu itirmədən paneli işıqla təmin edən, işığın toplanması təbəqəsidir. İkinci isə panel üzərində bütün istiqamətlərdə işığı bərabər şəkildə paylayan vahid işıq təbəqəsidir. Qeyd edilən əlavə örtüklər işıq itkisini minimallaşdıraraq onu düzgün istiqamətləndirib, displey üzərində bərabər şəkildə paylayırlar. 
Təsvir ötürmə texnologiyasının təkmilləşdirilməsi ilə yanaşı, “Samsung”un təqdim etdiyi yeni nəsil “QLED TV-də Ambient interyer” rejimi də yenilənmişdir. İndi söndürüldükdə belə, televizor nəinki məlumat tablosu və ailə şəkilləri qalereyası kimi, həmçinin internetdən əldə edə biləcəyiniz məşhur rəssamların əl işlərini üzərində əks etdirə bilən sənət əsərləri kimi də fəaliyyət göstərə bilir.  Həmçinin, qeyd olunan funksiyanı divar kağızı rejimində aktiv etdikdə, televizor üzərində yerləşdiyi divar səthinin rəng və fakturasını təkrarlayaraq, sanki görünməz olmağı bacarır. Əlavə olaraq Ambient rejimi, incə elektron One Connect bloku ilə tamamlanır ki,  bu blok QLED TV-yə qoşulmuş bütün cihazları “toplayaraq” bağlantıları yeganə, demək olar ki, şəffaf,  5 metrə uzunluğu olan bir kabel ilə əvəz edir. Qeyd edilən bu kabelin köməyi ilə həm görüntü siqnalının ötürülməsi həm də enerji təminatı təmin edilir. Beləliklə, buna misal olaraq, bütün qoşulmaları rəf daxilində gizlədərək,  dolaşıq naqillər problemini unudacaqsınız.

Həmçinin, yeni QLED TV-lərin konstruksiyası panelin divara maksimal yaxınlıqda montaj edilməsini dəstəkləyir. Belə ki, divarla cihaz arasında minimal məsafə boşluğu qoyan “No gap wall mount” bərkitməsi və “One Connect”  qoşulması, bir arada mükəmməl ahəng yaradaraq, televizoru  istənilən otağın dizaynına uyğunlaşdırmağa imkan verir.

“Samsung QLED TV” haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri