10 
Mar
2020
13:22
21
106
3371
Virtual karabakh

“Dəniz Mall”dakı yeni “Alma Store” “Apple” pərəstişkarlarını xüsusi qiymətlərlə sevindirəcək

12 mart 2020-ci ildə Xəzərin sahilində Azərbaycanın ən böyük ticarət mərkəzi olan “Dəniz Mall” açılacaq. Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən “Dəniz Mall” ölkə sakinləri üçün əsas əyləncə məkanına çevriləcək.

Ticarət mərkəzinin xarici görünüşü London dizayneri Çapman Taylor tərəfindən hazırlanıb və Azərbaycan bayrağındakı ulduzu əks etdirən səkkizguşəli ulduz şəklində tikilib.

Xüsusi qiymətlər, “Apple” sehri və bir çox yeniliklər “Dəniz Mall”un açılışı günü bütün “Apple” pərəstişkarlarını gözləyir.

“Alma Store” Azərbaycan Respublikasında “Apple Premium Reseller” statuslu yeganə satış nöqtəsidir. Yeni “Alma Store” martın 12-də “Dəniz Mall” AVM-də fəaliyyətə başlayacaq.

Mağaza “Apple” məhsulları ilə AVM-nin birinci mərtəbəsində yerləşəcək və “Apple” standartlarına uyğun müasir dizaynda olacaq.

Açılışı gününə özəl, “Alma Store” martın 12-dən 15-dək aksiya elan edir, bu müddət ərzində müştərilər aşağıdakı orijinal “Apple” məhsullarını xüsusi qiymətlərlə əldə edə biləcəklər:

- “MacBook Air” 128 GB, “Space Gray” - 2299 AZN

- “IPad” 10.2,  Wi-Fi 32 GB, “Space Gray” - 749 AZN

- “IPhone” 11 64 GB, “Black”, “White”, “Red”, “Purple” - 1799 AZN

- “AirPods” with charging Case - 299 AZN

Qeyd edək ki, xüsusi qiymətlər yalnız dörd gün ərzində - 12 martdan 15 martadək etibarlı olacaq, burada sizləri xoş təəssürat və əlverişli alış-veriş gözləyəcək.

“Alma Store” “Mac” kompüterlərinin, “iPhone” smarfonlarının, “iPad” planşetlərinin bütün çeşidlərini, aksesuarlarının və proqram təminatının bütün növlərini təklif edir.

“Alma Store”da hər zaman sizə lazım olan avadanlıq seçməyinizdə kömək edəcəklər. Bununla yanaşı, siz istədiyiniz zaman “Alma Store”a yaxınlaşıb, sizi maraqlandıran suallara cavab və peşəkar məsləhət ala bilərsiniz.

“Alma Store” haqqında daha ətraflı məlumatı rəsmi veb saytdan, həmçinin “Facebook”, “Instagram” sosial şəbəkələrindən əldə etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri