11 
Mar
2020
12:16
25
39
2426
Virtual karabakh

Mobil rabitədə müştərinin tələbləri nələrdir?

11 Mar, 2020
12:16
2426

Mobil rabitədə müştərinin tələbləri nələrdir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın hər yerində, bütün sahələrdə müştəri ona lazım olan məhsulu əlçatan və keyfiyyətli formada, həm də vaxt itirmədən almaq istəyir. İnsanlar, əvvəlki dövrlərdə olduğu kimi, haqqında çox danışılanı yox, özünün həqiqətən ehtiyacı olan və sınaqdan çıxmış məhsulları alır. Ona görə də, insanların loyallığını o şirkət qazanır ki, müştərisinin istəklərini öyrənsin, onun həqiqətən tələb duyduğu məhsulları təqdim etsin və göstərdiyi xidmətin şəffaflığını təmin edə bilsin. 

Müştərinin tələbinə uyğun məhsul hazırlamaq hər bir qurum üçün önəmlidir. Bu, xüsusən də xidmət sektorunda fəaliyyət göstərən şirkətlərə aiddir. Alıcıların müxtəlif sosial şəbəkələr, forumlar üzərindən qruplaşıb aldıqları məhsulları və istifadə etdikləri xidmətləri müzakirə etdiyi bir zamanda müştərinin rəyinə, tələbinə düzgün yanaşan və müştərisinə uyğun məhsul və xidmətlər hazırlayan şirkətlər rəqabətdə qalib gəlir. Fərqli müştəri qrupları ilə hər gün ünsiyyətdə olan banklar, hotellər, restoran şəbəkələri kimi müxtəlif xidmət sahələrində fərdi yanaşma mütləqdir. 

Azərbaycanda müştəri uğrunda kəskin mübarizə olan sahələrə ən parlaq nümunə mobil rabitə sektorudur. Çünki mobil telefondan hər birimiz istifadə edirik. Abunəçilər bir operatorun xidmətindən çox narazı qalarsa, nömrəsini digər bir operatora daşımaq imkanına da malikdir. Təbii ki, müştərilərin bu qədər güclü təsir alətləri olduğuna görə, onsuz da bir-birilə rəqabətdə olan operatorlar daha çevik davranmaq məcburiyyətindədirlər.

Elə məsələlər də var ki, hara getsən, səninlə gəlir. Məsələn, əgər şirkətin milyonlarla müştərisi varsa, çağrı mərkəzinə zəng vuranda hər dəfə xətdə növbə gözləmək lazım gələcək. Ancaq çıxış yolu var. Özüm abunəçisi olduğum üçün “Nar”da müşahidə etdiyim müştəriyə yönəlik nümunələrdən danışacağam. İlk növbədə, “Nar”dan istifadə edirsinizsə, telefonunuza “Nar+” tətbiqini yükləmək işinizi xeyli asanlaşdıracaq. Bu proqram faktiki olaraq müştəri xidməti funksiyasını yerinə yetirir. Balansımı nəyə xərclədiyimdən tutmuş, nömrədə aktiv olan xidmətlərə qədər hər bir məlumatı bu tətbiqdən tapa bilirəm. İnternet paketini də bu tətbiqdən istifadə edərək götürürəm. 

Əsas məhsul olaraq isə “Full” paketlərindən aktiv olaraq yararlanıram. Paketlərin əsas üstünlüyü bütün xidmətlərin bir yerdə toplanması (müvafiq paketlərdə danışıq dəqiqələri, internet bonusları, SMS və rouminq) və abunəçilərin ehtiyacına uyğun seçimlər verilməsidir. Əgər aldığım bonusları istifadə edib bitirməsəm, onlar digər aya keçir. Həm də verilən dəqiqələri meqabaytlara, yaxud meqabaytları dəqiqələrə çevirmək imkanı var ki, bu da çox praktikdir. 

“Nar”da müşahidə etdiyim bir məsələ də sosial şəbəkələrdən faydalı istifadədir. Söhbət reklam məqsədli paylaşımlardan deyil, operatorların sosial şəbəkə istifadəçilərinə göstərdiyi faktiki müştəri xidmətlərindən gedir. “Facebook”, “Twitter”, “Instagram” üzərindən müraciətlər bir qayda olaraq cavabsız qalmır. Bu müraciətlərin əksəriyyəti bizdən xəbərsiz balansımızdan pul çıxan spam mesajlar barədə olurdu. Görünən budur ki, “Nar” artıq bütün spam SMS-lərin qarşısını alıb, hətta mobil operator bununla bağlı rəsmi açıqlama da verib.

Müştəri məmnuniyyəti üçün bütün yuxarıda sadalananlar önəmlidir, lakin ən həlledici amil keyfiyyətli şəbəkədir. Keyfiyyət təmin edilməzsə, pulsuz danışıqlar, keyfiyyətli müştəri xidmətləri və s. heç olur. Bu baxımdan istifadə etdiyim şəbəkənin keyfiyyəti və internetin sürəti məni qane edir. İstər Bakının mərkəzində olum, istərsə də bölgələrin birində internetdən rahat istifadə edə bilirəm. Bu səbəbdən də, yaxın gələcəkdə operator dəyişikliyi barədə heç düşünmürəm.

Hər bir müştəriyə fərdi yanaşmaq işin ən doğrusudur. Yalnız müştərini düşünmək və ona yüksək səviyyəli xidmət təklif etməklə güclü rəqabət mühitində dayanıqlı biznes modelini qurmaq mümkündür. Üstəlik, nəzərə almaq lazımdır ki, biz müştəri olaraq, nə istədiyimizi bütün mümkün vasitələrlə dilə gətiririk. Şirkətlərə qalan isə sadəcə bizi dinləyib, uyğun xidmətlər təqdim etməkdir. 

Həsən Murad

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri