11 
Mar
2020
16:17
51
18
4913
Virtual karabakh

“Bestcomp Group” xaricdə Dünya Bankının tenderlərinin qalibi oldu

11 Mar, 2020
16:17
4913

“Bestcomp Group” xaricdə Dünya Bankının tenderlərinin qalibi oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın aparıcı İT şirkəti “Bestcomp Group” Tacikistan Maliyyə Nazirliyi üçün “Dövlət Maliyyə İdarəetmənin Müasirləşdirilməsi layihəsi II” çərçivəsində Dünya Bankının keçirdiyi, toplam dəyəri 4.59 milyon ABŞ dolları olan data mərkəzin yaradılması və müvafiq İT infrastrukturun quraşdırılması tenderlərinin qalibi olub. Şərtlərə görə, məlumat mərkəzi Uptime İnstitute TİER III tələblərinə cavab verməlidir.

Tacikistan Maliyyə Nazirliyi ilə “Bestcomp Group” arasında müvafiq müqavilələr mart ayında imzalanıb. “Bestcomp Group” şirkətinin Müşahidə Şurasının sədri Rauf Həsənov bu hadisəni Azərbaycan İKT sektoru üçün əlamətdar hadisə adlandırıb.

O bildirib ki, son illər Azərbaycanda həyata keçirilən böyük İKT, infrastruktur, rəqəmsal transformasiya layihələri yerli şirkətlərin regional səviyyədə güclənməsinə, xarici ölkələrdə uğurla fəaliyyət göstərməsinə zəmin yaradıb.

Daha sonra R. Həsənov deyib:

“Son illər “Bestcomp Group” data mərkəzlərin, İKT təhlükəsizlik sistemlərinin qurulması, müəssisələrin idarəetməsinin, əməliyyat proseslərinin avtomatlaşdırılması sahəsində böyük nailiyyətlər əldə edib.

“Bestcomp Group” yüzlərlə yüksək ixtisaslı, dünyanın aparıcı şirkətləri tərəfindən sertifikatlaşmış mütəxəssislər çalışır. Şirkətimiz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (AZİNTELKOM), “Paşa” Holdinqin “Uptime İnstitut Tier III” sertifikatlı data mərkəzlərinin qurulması layihələrində uğurla iştirak edir.

Məhz son illərdə əldə edilən yeni biliklər, təcrübə və peşəkar yanaşma bizə Dünya Bankı tərəfindən Tacikistan Maliyyə Nazirliyi üçün keçirilən tenderlərin qalibi olmaqda əsas rol oynayıb. Bizim bu uğur Azərbaycandan İKT sahəsində bacarıqların, biliklərin, təcrübənin ixracı deməkdir”.

“Bestcomp Group” şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya regionunda “Lenovo, “HP Inc”., “Hewlett Packard Enterprise”, “Acer”, “Microsoft”, “CISCO”, “Juniper”, “Fortinet, Eaton”, “APC by Schneider Electric”, “Schneider Electric”, “Eltek”, “Benning”, “Radware”, “Microfocus”, “Manage Engine”, “Panduit”, “Tripp Lite”, “Artronic”, “Uniview”, “Apacer”, “Kindermann”, “HID”, “Monacor”, “Qualys”, “Radiflow” kimi dünyanın bir çox aparıcı istehsalçılarının “Value Added” distribüteri, İKT sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, sifarişçilərə fəaliyyət göstərdikləri ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri