12 
Mar
2020
10:00
61
19
4815
Virtual karabakh

Yeni “Samsung” soyuducuları - Daha çox təzə məhsul üçün daha böyük saxlama həcmi

12 Mar, 2020
10:00
4815

Yeni “Samsung” soyuducuları - Daha çox təzə məhsul üçün daha böyük saxlama həcmi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mətbəxdə ən çox tələb olunan cihaz - tutumlu soyuducu. Lakin təəssüf ki, hər birimiz geniş mətbəxə və müvafiq olaraq, geniş soyuducuya sahiblənə bilmirik. “Samsung”un təqdim etdiyi yeni soyuducu məhsul xətti ölçüləri dəyişmədən daha çox saxlama həcmi təqdim edir.

Beləliklə, SpaceMax™ texnologiyası divarın qalınlığını azaltmaqla daxili həcmi artırmağa imkan verir. İstehsalçı divarların incəliyini korpusun istilikkeçirmə qabiliyyətini azaldan keyfiyyətli istilik izolyasiyası ilə təmin edib. Daha incə divarlar sayəsində bu texnologiya ilə işləyən cihazların tutumu 536-620 litr arasında dəyişir. Həmçinin burada dəyişməyən yüksək enerji səmərəliliyi də qorunub saxlanılır. Beləliklə, SpaceMax™ soyuducuları ölçüləri dəyişmədən, məhsulların uzun müddətə təravətli qorunub saxlanması üçün daha çox saxlama həcmi təqdim edir. SpaceMax™ texnologiyalı “Samsung” soyuducuları rəqəmsal kompressor üzərindən işləyir. “Digital Inverter” səssiz işləmə prosesini, cihazın uzunömürlülüyünü və enerji sərfiyyatına qənaəti təmin edir. İnverter kompressoru səssiz işləyərək, axarlı şəkildə 7 soyutma səviyyəsi üzrə gücü tənzimləyir və bu səbəbdən “Samsung” soyuducularının qeyd olunan proseslər zamanı “sakit” tərzdə işləməsi təmin edilir.

“Samsung”un təqdim etdiyi yeni soyuducu məhsul xətti, “Twin Cooling” adlanan ikikonturlu soyutma sistemi ilə də təchiz edilib. Sözügedən bu texnologiya sayəsində iki müstəqil hava axını kamera daxilində hava hərarətini və rütubəti tənzimləməyə kömək edərkən, qoxuların qarışmasının qarşısını da almağa imkan yaradır. Qeyd olunan soyuducu seriyasının RS62K6130FG/WT modelində isə daimi “soyuğ"un təmin edilməsi üçün əlavə xüsusi polad plitə quraşdırılıb. Belə ki, soyuducunun arxa divarında yerləşən “Metal Cooling” polad paneli əlavə “soyuq” mənbəyidir. Bu lövhə sayəsində hətta qapını tez-tez açdıqda belə kameradaxili temperatur daha uzun müddət qorunub saxlanır, optimal hərarət isə daha sürətlə bərpa edilir. Belə ki, kamera daxilində sabit hərarətin qorunub saxlanmasını təmin edən metal “divar” məhsulların daha uzun müddət təravətli qalmasına kömək edir. Sözügedən “lövhə” yalnız “temperatur tənzimləyicisi” rolunu yerinə yetirməklə kifayətlənmir, həm də soyuducuya zövqlü bir görünüş bəxş edir. Beləliklə, yalnız “plastik” komponentlərdən ibarət olan digər modellər sırasında sözügedən “metal” detal göz oxşayaraq, dərhal diqqəti özünə cəlb edir.

 
Ayrıca, yuxarıda göstərilən modeldə (RS62K6130FG/WT) məhsulların təravətinin etibarlı şəkildə qorunub saxlanması üçün “Precise Cooling” adlanan xüsusi texnologiyadan da istifadə edilir. Soyuq hava axınının havalandırma dəliklərindən dəqiq və bərabər şəkildə paylanması sayəsində texnologiya işləmə kamerasının istənilən nöqtəsində sabit hərarət göstəricilərini təmin edir. Həmçinin “Precise Cooling” “Digital İnverter” kompressorunun işləmə prosesini yaxından izləyərək onu tənzimləyir və hərarət dəyişikliklərini minimuma endirərək, ±0,5°C səviyyəsində qoruyub saxlamağa imkan yaradır.

Qeyd edək ki, əlavə olaraq “Samsung”un təqdim etdiyi yeni soyuducu məhsul xətti “No Frost” texnologiyası ilə təchiz edilib ki, soyutma kamerası kondensasiyadan qorunma hesabı ilə yaradıldığı üçün məhsulları yararsız edən kif və bakteriyalar haqda narahat olmağa ehtiyac qalmayacaq.

SpaceMax™ texnologiyalı “Samsung” soyuducuları haqqında əlavə məlumatlar “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalarında əldə edilə bilər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri