14 
Mar
2020
10:00
41
60
6564
Virtual karabakh

“Samsung”un təqdim etdiyi yeni “Galaxy S20” məhsul xətti: Yeni smartfonlarla daha çox imkanlar - FOTO

14 Mar, 2020
10:00
6564

“Samsung”un təqdim etdiyi yeni “Galaxy S20” məhsul xətti: Yeni smartfonlarla daha çox imkanlar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 11-də “Unpacked” tədbiri çərçivəsində “Samsung” 2020-ci ilin bütün yeniliklərini təqdim etdi. Təqdim olunan qurğular arasında “Galaxy S20” seriyasının smartfonlarına xüsusi yer verilib.

Məhsul xətti üç smartfondan ibarət olub, “Galaxy S20”, “Galaxy S20+” və “Galaxy S20 Ultra” cihazları ilə təmsil olunub. Burada smartfonların korpusu yuvarlaq künclərə sahib düzbucaqla ifadə olunub, əsas konstruksiya isə “Gorilla Glass 6” “gücləndirilmiş” şüşəsini birləşdirən metal çərçivə ilə seçilir.

Smartfonların korpusunda minimum əlavə elementdən istifadə edilib, belə ki, cihazların sağ tərəfində səs səviyyəsinə nəzarət və yanma/sönmə düyməsi yerləşdirilib. Lakin smartfonlar fərqləndirici bir xüsusiyyətə malikdirlər, belə ki, məhsul xətti metal çərçivə ilə haşiyəyə alınmış əsas kamera bloku ilə təchiz edilib.

“Galaxy S20”nin əsas kamera bloku S20+ ilə eynidır, belə ki, kamera bloku ultrageniş 12 MP, diafraqması F2.2, genişbucaqlı obyektiv, 12 MP, F1.8 diafraqmalı, avtofokus və optik sabitləşməli matrisa, həmçinin 64 MP, diafraqması F2.0 təşkil edən kamera ilə təmsil edilib.

Qeyd edilən kameralarla yanaşı, S20+ modeli portret rejimində fonun daha dəqiq yayılması üçün istifadə edilən “DepthVision” dərinlik sensoru ilə də təchiz edilib. “Galaxy S20 Ultra” isə 108 MP-lik geniş bucaqlı əsas kameraya, sözügedən bütün məhsul xəttinə xas olan 12 MP-lik, F1.8 diafraqmalı ultrageniş bucaqlı obyektivə, 48 MP-lik F 3.5 diafraqmalı telefoto və ToF kamerasına malikdir.

Ön kameralar isə smartfonlarda aşağıdakı kimi təqdim olunub: “Galaxy S20” və S20+ üçün 10MP selfie kamerası və “Galaxy S20 Ultra” üçün 40MP obyektiv.

“Galaxy S20” seriyası süni intellektə əsaslanan qabaqcıl proqram və avadanlıqlardan istifadə edərək, foto və video çəkilişlərinin nəticələri ilə hətta ən inadkar skeptikləri belə təəccübləndirməyə qadirdir. Belə ki, cihazlar aşağıda qeyd edilmiş çəkiliş üstünlüklərini dəstəkləyir:

• 8K keyfiyyətli videoçəkiliş

• Saniyədə 960 kadr tezliyi ilə video qeydə almağa imkan yaradan “Slow Motion” çəkiliş rejimi.

• Multikadr rejimində çəkiliş, hansı ki, smartfon süni zəkadan istifadə edərək, bir neçə kadr qeydə alıb, sizə uyğun foto və videoların seçimini təqdim edir.

• Hərəkətdə olan obyekti daha dəqiq qeydə almağa və kadrda yayılmaların və titrəyişlərin azalmasını təmin etməyə kömək edən “Super Steady” rejimində çəkiliş.

• Nəinki günün işıqlı, həm də qaranlıq vaxtında yüksək keyfiyyətli şəkillər əldə etməyə imkan yaradan “Bright Night” rejimi. Belə ki, daha böyük sensor və süni zəkanın köməyi ilə bir neçə kadr qeydə alan smartfon onları bir şəkildə birləşdirərək, sizə daha aydın təsvir təqdim edir.  

Bundan əlavə, 100 qat zoom əldə edilməsi üçün “Galaxy S20 Ultra” modeli qırıq optik ox və yüksək seçimli matrisa ilə təchiz olunub. Bunlardan birincisi kiçik sahə çərçivəsində yaxınlaşma imkanlarını artırmağa kömək edir, ikincisi isə yüksək yaxınlaşdırma səviyyələrində əl titrəməsinin və keyfiyyət itkisinin aradan qaldırılması üçün süni zəka imkanlarından istifadə edərək, əlavə 10 qat yaxınlaşdırmanı təmin edir.

Qeyd etmək lazımdır ki, smartfonların olduqca böyük ölçülərə sahib olmalarına baxmayaraq, misal üçün, “Samsung S20”, S20+ və S20 Ultra üçün ekran ölçüləri müvafiq olaraq 6,2, 6.7 və 6.9 təşkil edir, cihazların istifadəsi olduqca rahatdır. 

Smartfonun ön hissəsinin 90%-dən çoxunu HDR10+ texnologiyasını dəstəkləyən Dinamik “AMOLED” ekranı təşkil edir. Qeyd edilən displey “sərhədsiz” olub, sadəcə, ön kamera üçün kiçik dəlik nəzərdə tutduğundan, izləyiciyə ekranda baş verənlərin ab-havasına dalmağa imkan verir. 

120 Hz tezliyində işləmək bacarığı sayəsində bu displeydə film izləməklə yanaşı, həm də oyun oynamaqdan zövq alacaqsınız. Sözügedən xüsusiyyətə görə keçid və animasiyalar daha axarlı şəkildə icra olunur, lakin burada yüksək enerji sərfiyyatı haqqında narahat olmağınıza dəyməz.

Belə ki, smartfonlar tutumlu akkumulyatorla təchiz olunublar, misal üçün, “Galaxy S20”də 4000 mAh, “Galaxy S20+”da 4500 mAh, “Galaxy S20 Ultra”da isə 5000 mAh gücündə batareya quraşdırılıb. Ən əsası isə 128 GB daxili və microSD kart vasitəsilə 1.0 TB-a qədər artırılması mümkün olan yaddaş sayəsində istədiyiniz qədər şəkil və video çəkmək, ən yeni oyunları yükləmək və böyük musiqi mediatekasına sahib olmaq imkanı əldə edirsiniz. 

Həmçinin “Galaxy S20” məhsul xəttinə xüsusi öncədən sifariş təklifi keçərlidir. Belə ki, 12 fevral - 9 mart tarixlərində “Samsung Galaxy S20”, S20+ və S20 Ultra smartfonlarını öncədən sifariş edərkən hədiyyə olaraq “Galaxy Buds+” naqilsiz qulaqcıqlarını əldə etmək şansı qazanırsınız. 

Əlavə olaraq qeyd edək ki, “Samsung Galaxy S20” modelinin qiyməti 1999 AZN, S20+ - 2299 AZN, S20 Ultra - 2899 AZN təşkil edir.

Öncədən sifariş və smartfonlar haqqında ətraflı məlumat üçün “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World Telecom” mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri