18 
Mar
2020
10:00
56
21
3294
Virtual karabakh

“Samsung Q-Drive”: yüksək texnologiyaların köməyilə təmiz və sürətli təmizləmə - FOTO

18 Mar, 2020
10:00
3294

“Samsung Q-Drive”: yüksək texnologiyaların köməyilə təmiz və sürətli təmizləmə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paltar yumada tamamilə yeni bir dövr elan edən “Add Wash texnologiyasını dünyaya təqdim etdikdən sonra, “Samsung minimum səylə daha keyfiyyətli yuma prosesini təmin etmək üçün məhsullarını təkmilləşdirməyə davam edir.

Bir neçə il sonra şirkət mühəndisləri bu istiqamətdə yeni irəliləyiş əldə edərək, dünyaya “QuickDrive™ adlanan texnologiyanı tanıtdılar. Yeni texnologiya mükəmməl yuma nəticələrini qoruyub saxlayaraq, yuyulma müddətini 2 dəfə, enerji sərfiyyatını isə 20% azaldır.

“QuickDrive™ texnologiyasının əsasını paltaryuyan maşının eyni anda iki vektor üzrə hərəkət edən xüsusi barabanı təşkil edir. Belə ki, burada konstruksiyanın arxa divarı əsas barabandan asılı olmayaraq fırlanır. Sözügedən yenilik yuyucu məhlulun dinamikasını bir neçə dəfə artıraraq, daha sürətli və effektiv yuma prosesini təmin edir. Misal üçün, əgər əvvəllər “Pambıq” yuma rejimi 131 dəqiqə tələb edirdisə, “QuickDrive™” texnologiyası ilə bu cəmi 66 dəqiqə davam edir, həmçinin indi “Qənaətli yuma” rejimi 115 dəqiqədən 58 dəqiqəyə qədər, “Sürətli yuma” proqramının işləmə vaxtı 59 dəqiqədən 39 dəqiqəyə qədər azalıb. 

Yuma vaxtının azaldılmasına baxmayaraq, sözügedən paltaryuyan maşınların təchiz olunduğu “Eco Bubble” və “Bubble Soak” sayəsində nəticələr dəyişməz olaraq qalır. Belə ki, burada birinci halda yuyucu maddəni suda həll edib, oksigenlə zənginləşdirərək aktiv köpük istehsal edən xüsusi generatordan bəhs edilirsə, ikinci halda həmin köpüklə parçaları əsaslı şəkildə isladan texnologiya nəzərdə tutulur.

Beləliklə, “Eco Bubble™” hətta soyuq suda belə aktiv köpüyün köməyi ilə qüsursuz nəticəyə zəmanət verir və elektrik enerjisinə qənaət edir. “Bubble Soak” - “İntensiv islatma” isə sadəcə bir düyməni basmaqla hətta ən çətin çıxan ləkələri belə təmiz və incə şəkildə yumağa imkan yaradır. Belə ki, paltarlar yuyucu məhlulda əsaslı şəkildə isladılaraq, köpüyün parça liflərinə dərindən nüfuz etməsini təmin edir və ləkələri daxildən təmizləyir.  


Bundan əlavə, paltaryuyan maşın “Buxarla yuma” proqramı ilə təchiz edilib. Beləliklə, “QuickDrive™” paltarlarınızın həm ideal təmizliyini, həm də tam dezinfeksiyasını təmin edir. Digər paltaryuyanlarda olduğu kimi, burada buxar yuxarıdan aşağıya doğru deyil, barabanın aşağı hissəsindən yuxarısına doğru püskürdüldüyündən paltarlara tam şəkildə nüfuz edir. Qeyd edilən buxarla dərin təmizləmə bakteriyaları 99,9% aradan qaldırmağa və allergenləri neytrallaşdırmağa imkan yaradır.

“QuickDrive™” texnologiyası ilə təchiz olunmuş “Samsung Add Wash” paltaryuyan maşınları haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.az” və “Optimal” mağazalar şəbəkələrindən əldə etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri