18 
Mar
2020
10:41
8
46
3657
Virtual karabakh

Kiçik biznesin “Brandonline” ilə inkişafı: “ELFF” milli brendi üçün internet-mağaza!

18 Mar, 2020
10:41
3657

Kiçik biznesin “Brandonline” ilə inkişafı: “ELFF” milli brendi üçün internet-mağaza!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əl işi olan müəllif aksesuarlarını təqdim edən “ELFF” Azərbaycan brendi yaxın zamanlarda “Brandonline” texnologiyası sayəsində sifarişləri bir neçə dəqiqə ərzində yerləşdirmək fürsəti ilə paytaxtımızın dəbsevərlərini sevindirəcək. 

“ELFF” kolleksiyasında müxtəlif növ aksesuarlar mövcuddur – üzüklər, sırğalar, saç bəzəkləri. Bu işlərin hər biri unikaldır və müəllifin öz işinə olan sonsuz sevgisi ilə hazırlanıb, amma broşlara dizayner tərəfindən xüsusi yer ayrılıb. İstənilən forma və ölçüdə, parçadan, muncuqlardan qarışıq texnika ilə hazırlanan bu aksesuarların sayı hədsizdir. Bəzəklərin əksəriyyəti dizaynerin öz ideyaları əsasında hazırlanır, lakin onların bir hissəsi fərdi sifarişlərdən ibarətdir.

Brendin təsisçisi Elnarə Mirsəlimovanın sözlərinə görə, müştərilər tərəfindən tez-tez verilən suallar hər zaman aksesuarların çeşidi və mövcudluğu, habelə işlərin nümunələrinə aid olurdu. Məhz buna görə, onlayn-mağazanın yaradılması müəllifin törəməsi üçün uzun zamandır gözlənilən hadisədir, çünki indi bütün aksesuar çeşidləri haqqında məlumatlar və onların qiymətləri nağdsız ödəniş imkanı ilə vahid platformada toplanacaq. 

“Adi köynək və ya cins şalvar aldığımızda biz, adətən, aksesuarların geyim qədər qarderobumuzun bazasını təşkil etdiyini unuduruq. Sadə gündəlik görünüşümüzə bir vurğu əlavə etdiyimizdə o artıq darıxdırıcı görünmür! Onlayn tətbiqlərin işə salınmasına çox az vaxtın qalmasına baxmayaraq, biz rənglər çələngini və maraqlı dizayner həllərimizi sizinlə paylaşmağa səbirsizlənirik. “Cubics” şirkətinin işçi heyətinə bu cür düzgün və dəqiq təşkil olunmuş işi sayəsində əldə etdiyim fürsətə görə minnətdarlığımı bildirirəm!” – deyə, Elnarə xanım əlavə edib. 

“Brandonline” texnologiyası haqqında daha ətraflı məlumatı  www.brandonline.az veb-saytında və ya (+994 12) 480 15 74 telefon nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri